Dünya

Avropa koronavirusla bağlı yeni təhlükəylə üzləşib 

8 Mart, 2021
100

Euronews

İspaniyada və digər Avropa ölkələrində pandemiya səbəbindən tətbiq edilən məcburi təcrid siyasəti doğum nisbətinin kəskin azalmasına səbəb olub.

Bu barədə yerli vaxtla martın 7-də “El Pais” qəzeti məlumat verib. 

Məlumata görə, İspaniyada doğum nisbəti dekabr və yanvar aylarında keçən ilin anoloji dövrü ilə müqayisədə 22,6 faiz azalıb. Milli Tədqiqatlar İnstitutunun rəhbəri Dyeqo Ramironun sözlərinə görə, bu rəqəmlər cari il üçün proqnoz vermək üçün yetərli deyil, ancaq artıq məlumdur ki, güclü demokqrafik eniş gözlənilir. 

İtaliyada dekabr və yanvar aylarında keçən ilin eyni dövrü ilə müqayisədə doğum nisbətinin 21,6%, Fransada isə 13% aşağı düşdüyü bildirilib. 

Doğum nisbətinin aşağı düşməsində əsas rol oynayan amillər arasında iş yerlərinin ixtisarı və koronavirusdan yüksək ölüm faizi də göstərilib.  

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar