Dünya
Avropa liderləri Pompeo ilə görüşdən imtina edib
13 Yanvar, 2021
Baxış: 63
Maykl Pompeo
FOTO: Yahoo News 
 
Lüksemburqun xarici işlər naziri Jan Asselborn və Avropa Birliyinin (AB) nümayəndələri ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşməkdən imtina ediblər. Buna görə də dövlət katibi Avropaya olan səfərini ləğv edib. 

Bu barədə yanvarın 13-də "Röyters" agentliyi diplomatik mənbələrinə istinadən xəbər verib. 

Agentliyə açıqlama verən avropalı diplomat deyib ki, Pompeo AB-nin liderlərilə Brüsseldə görüşməzdən əvvəl Lüksemburqa getməyi planlaşdırıb, amma bu ölkənin nümayəndələri onunla görüşmək istəməyiblər. Bu mərhələdə Brüsselə səfər hələ qüvvədə olub. Amma sonda məlum olub ki, nə AB-də, nə də NATO-da hər hansı görüş nəzərdə tutulmayıb. 

"Röyters"in başqa bir diplomatik mənbəsi bildirib ki, Konqres binasındakı iğtişaşlar fonunda Pompeonun Avropaya səfəri ABŞ-ın müttəfiqlərini çaş-baş qoyub. 

Lüksemburqun Xarici İşlər Nazirliyi Pompeo ilə görüşün ləğv olunduğunu təsdiqləyib, amma əlavə təfərrüat açıqlamayıb. AB-də isə informasiyanı şərh etməkdən boyun qaçırıblar. Qurumda bildirilib ki, yaxın günlərdə ABŞ dövlət katibi ilə görüş planlaşdırılmır.

Yanvarın 12-də ABŞ Dövlət Departamenti Pompeonun bu həftə üçün nəzərdə tutulan bütün səfərlərini ləğv edib. Xarici siyasət idarəsindən verilən məlumata görə, qərar Donald Tramp administrasiyasının hakimiyyəti yeni seçilmiş prezident Cozef Baydenin komandasına ötürülməsini həyata keçirmək üçün qəbul olunub.
Dünya

Tramp haqqında çıxarılmış iki impiçment qərarı nə mənaya gəlir? - Analiz

22 Yanvar 2021
Donald Tramp ABŞ tarixində yeganə prezidentdir ki, Nümayəndələr palatası onun haqqında iki dəfə impiçment hökmü çıxarıb. İlk dəfə 2019-cu ilin dekabrında hakimiyyətdən sui-istifadəyə (O, Ukrayna hökumətinə təzyiq göstərməkdə ittiham edilirdi) və Konqresin araşdırmasına əngəllər yaratdığına görə. İkinci dəfə isə 2021-ci ilin yanvarında qiyama təhrik etməyə görə. Vəzifəsini tərk edən prezident üçün impiçment nə deməkdir? ABŞ Konqresinin aşağı palatasından – Nümayəndələr palatasından impiçment qərarının çıxması prezidentin dərhal vəzifədən kənarlaşdırılması mənasına gəlmir. Bunun üçün Konqressin yuxarı palatası – Senat impiçment üzrə xüsusi mühakimə iclasında 2/3 səs çoxluğu ilə onu günahkar bilməlidir. ABŞ Nümayəndələr palatası cəmi üç prezidentə qarşı impiçment hökmü çıxarıb: Endrü...
Dünya

Kasıb ölkələrə "Pfizer" vaksini göndəriləcək
 

22 Yanvar 2021
"Pfizer/BioNTech" şirkətlərinin koronavirusa qarşı istehsal etdiyi vaksin Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində kasıb ölkələrə də çatdırılacaq. Bu barədə yanvarın 22-də "Röyters" xəbər verib. Məlumata görə, "Pfizer"in kasıb ölkələrə çatdırılması ilə bağlı təfərrüatlar hələlik məlum deyil, amma həcmin o qədər də böyük olmayacağı ehtimal edilir. Buna səbəb kimi COVAX proqramının həyata keçirildiyi ölkələrdə peyvəndin əsasən tibb işçiləri üçün nəzərdə tutulması göstərilir. COVAX vasitəsilə "Pfizer" vaksinlərinin kasıb ölkələrə fevraldan etibarən çatdırılacağı bildirilib. Daha əvvəl Ukrayna və Gürcüstan kimi post-Sovet ölkələrinin hökumətləri ilin birinci rübündə "Pfizer" vaksinlərini əldə edəcəklərini bildirmişdilər. Amma doza sayının yüksək olmayacağı bildirilib. Gürcüstanın cəmi 700 min doza "Pfizer"...
Seçilmiş Videolar