Dünya

Avropa Məhkəməsi Navalnının dərhal azad olunmasını tələb etdi

17 Fevral, 2021
63

Financial Times

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyadan müxalif siyasətçi Aleksey Navalnını dərhal azad etməyi tələb edib.


Moskvanın Simonov məhkəməsi Navalnı haqqında daha əvvəl çıxarılmış şərti cəza qərarını fevralın 2-də 3,5 illik həbslə əvəz etmişdi.


AİHM reqlamentinin 39-cu bəndinə əsaslanan tələbi icra atmək Avropa Konvensiyasını imzalamış bütün ölkələr üçün məcburidir.


“Ədliyyə Nazirliyi AHİM-in tələbinə əməl etməsə, bu, Avropa Konvensiyasına üzv ölkənin belə qərara tabe olmamasının ilk nümunəsi kimi tarixə düşəcək” - Navalnının vəkili Olqa Mixaylova “Açıq media”ya müsahibəsində belə deyib.


Nazirliksə hələ bir gün əvvəl açıqlamışdı ki, AHİM-in bu məzmunda qərar çıxarmasını “suveren bir ölkənin məhkəmə sisteminin işinə əsassız və kobud müdaxilə” kimi qiymətləndirəcək və tələbi yerinə yetirməyəcək.


Qurum bu gün də eyni məzmunda açıqlama yayaraq qərarın yerinə yetirilməsinin “mümkünsüz” olduğunu bildirib (“Nastoyaşee vremya”).

Dünya

Ermənistan prezidenti Paşinyanın fərmanını yerinə yetirməkdən imtina etdi

2 Mart 2021

Radio Azatutyun

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın fərmanını ikinci dəfə imzalamaqdan imtina edib. "Sputnik Ermənistan"ın martın 2-də verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, Sarkisyan məsələ ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib. Prezident Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciəti Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı deyil, Konstitusiya Məhkəməsi vəsatətə və baş nazirin bu vəsatəti göndərməsini mümkün edən qanunvericilik dəyişikliklərinə baxacaq. Düzəliş uyğun sayılarsa, qanuna görə, Paşinyanın fərmanı avtomatik olaraq qüvvəyə minəcək.
Dünya

Gürcüstana koronavirus qarşı vaksinin çatdırılması təxirə salınıb

2 Mart 2021

Pfizer

Gürcüstana COVAX platforması vasitəsilə koronavirusa qarşı peyvəndin çatdırılması daha 2-3 həftə gecikəcək.  "Sputnik Gürcüstan"ın martın 2-də verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya mətbuat konfransında deyib. Rəsmi bildirib ki, Gürcüstan, Ukrayna, Moldova və Bosniya və Hersoqovina “Pfizer” vaksinini fevral ayının sonunadək əldə etməli idi, amma çatdırılma təxirə salınıb.  "Biz COVAX-la əməkdaşlığı davam etdiririk və ləngimənin ən qısa vaxtda aradan qaldırılacağını gözləyirik", - Tamar Qabuniya qeyd edib.  Məlumata görə, Gürcstan COVAX təsisatına 575 min ABŞ dolları köçürüb. Vaksin Gürcüstana çatdırılan kimi peyvəndləməyə başalanacağı bildirilib. 
Seçilmiş Videolar