DW
Avropa Parlamenti bildirib ki, Macarıstan artıq demokratik ölkə sayıla bilməz və bununla bağlı Avropa Komissiyası təcili tədbirlər görməlidir.
Bu barədə "Deutsche Welle" xəbər verir.
Avropa Parlamentinin üzvləri sentyabrın 15-də Macarıstanın avtoritarizmə “yuvarlanmasını” pisləmək üçün səs verib və Baş nazir Viktor Orbanın dövlətini “seçki avtokratiyası” adlandırıblar.
https://toplum.tv/dunya/putin-qerbi-iqtisadi-eqoizmden-el-cekmeye-cagirib
Avropa Parlamentinin deputatlarının böyük əksəriyyəti (433 səs) AB-nin reaksiyasının olmamasının Macarıstanda “seçki avtokratiyasının hibrid rejiminin” yaranmasıyla nəticələndiyini bildiriblər.
Daha əvvəl "Foreign Policy" nəşrinin analitikləri Macarıstanın baş naziri Viktor Orbanı Rusiyanın Avropa İttifaqındakı (Aİ) “Troya atı” adlandırmışdılar, çünki onun siyasəti siyasi blokun kursuylə üst üstə düşmür. Məqalə müəlliflərinin fikrincə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının başlanğıcından bəri macar siyasətçi Moskvanı birbaşa tənqid etməkdən yayınıb və Rusiyaya tətbiq edilən sanksiyalara qarşı çıxıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür