Dünya

Avropa parlamenti Rusiyanı SWIFT-dən kənarlaşdırmaqla təhdid etdi

30 Aprel, 2021
161

The Verge

Avropa parlamenti Ukrayna ərazisinə müdaxilə edəcəyi halda Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə çağırıb. 

"Radio Svoboda"nın aprelin 30-da verdiyi xəbərə görə, sanksiyalara Rusiyanı SWIFT beynəlxalq bank ödənişləri sistemindən kənarlaşdırmaq, neft və qaz alışına embarqo qoymaq, rusiyalı oliqarxların və onların ailə üzvlərinin Avropa Birliyi (AB) ölkələrinə giriş qadağası tətbiq etmək və hesablarını dondurmaq aid ola bilər.

Həmin təkliflər Avropa parlamentinin cümə axşamı qəbul etdiyi qətnamədə əks olunub. Qətnamə həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının hüquqlarının pozulmasına, Ukrayna ilə sərhəddə rus qoşunlarının toplanmasına, eləcə də 2014-cü ildə Çexiyadakı silah-sursat anbarında partlayışlara həsr olunub. Sonuncu hadisəyə görə Çexiya hökuməti bu yaxınlarda Rusiya xüsusi xidmət orqanlarını günahlandırıb.

Avropa parlamenti deputatlarının təxirəsalınmaz saydıqları tədbirlər içində “Şimal axını – 2” qaz kəməri tikintisinin dayandırılması, Navalnının təqibində iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi, eləcə də Çexiya ilə həmrəylik əlaməti olaraq AB ölkələrindən Rusiya diplomatlarının çıxarılması var (bəzi ölkələr diplomatları artıq çıxarıblar, amma belələri azlıqdadır). Eləcə də korrupsiya ilə bağlı cinayətlərə görə, “Maqnitski qanunu”nun Avropa analoqunun qəbulu tövsiyə edilib. 

Sənədi Avropa parlamenti fraksiyalarının əksəriyyəti dəstəkləyib, 569 deputat lehinə, 67 deputat əleyhinə səs verib.

Rusiyanı SWIFT-dən kənarlaşdırmaq, ondan neft və qaz almamaq təklifi ilk dəfədir ki, səsləndirilir. Avropa parlamenti üzvlərinin fikrinə görə, belə tədbirlər Rusiyanı Ukraynaya qarşı təcavüzkar niyyətlərindən çəkinməyə vadar etməlidir. Sənəddə vurğulanır ki, qoşunların geri çəkilməsi haqqında xəbərlərə baxmayaraq, Avropa parlamenti “hələ də Ukrayna ilə sərhəddə və qanunsuz ilhaq edilən Krımda xeyli sayda rus hərbi qüvvəsinin mövcudluğundan narahatdır”.

Qətnamə tövsiyə xarakteri daşıyır. “Şimal axını -2” qaz kəmərinin tikintisinin dayandırılması və oliqarxlara qarşı sanksiyanın tətbiqi kimi tədbirləri Avropa parlamenti Navalnının yanvar ayındakı həbsindən sonra da təklif etmişdi. O zaman AB Rusiya güc orqanlarının bəzi rəhbərlərinə qarşı sanksiyalar qoymuşdu. 

AB-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel Avropa parlamentinin daha əvvəlki sessiyasında bildirib ki, Rusiyanın SWIFT-dən kənarlaşdırılması və qaz kəməri tikintisinin dayandırılması AB-nin səlahiyyətlərinə daxil deyil. Söhbət özəl şirkətlərin və ayrı-ayrı dövlətlərin qərarından gedir. Borrel Moskvanın AB ilə konfrontasiya yolunu tutduğunu, amma dialoq üçün kanalların saxlanılmasının vacibliyini vurğulayıb.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar