Dünya

Avropa Parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıdı

23 Noyabr, 2022
180

Rəsmi səhifə

Avropa Parlamenti

Noyabrın 23-də Avropa Parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyan qətnamə qəbul edib. 

Toplum Tv Avropa Parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 705 deputatdan 494-ü qətnamənin lehinə, 58-i əleyhinə səs verib.

Deputatlar qeyd ediblər ki, Rusiya ordusu və onun nəzarəti altında olan qüvvələrin Ukraynada törətdiyi qanunsuzluqlar, mülki infrastrukturun dağıdılması, beynəlxalq və humanitar hüququn ciddi şəkildə pozulması terror aktları ilə eynidir və müharibə cinayətləridir. Bunları nəzərə alaraq, onlar Rusiyanı terrorun himayədarı və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyıblar.

https://toplum.tv/dunya/bloomberg-rusiyanin-mir-odenis-sistemi-iflasa-ugrayib

Press-relizdə qeyd olunur ki, Aİ-nin özü dövlətləri qanuni olaraq terrorizmin sponsorları kimi tanıya bilməz, ona görə də Avropa Parlamenti Aİ və onun üzvlərini müvafiq hüquqi baza yaratmağa çağırıb.

Deputatlar həmçinin Aİ Şurasına "Vaqner" qruplaşmasını, Axmat Kadırov adına 141-ci Əlahiddə Motoatıcı Alayı və “Rusiyanın dəstəklədiyi digər silahlı qruplaşmaları” terror təşkilatları siyahısına daxil etməyə çağırıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Fizika üzrə Nobel mükafatçıları açıqlandı

Toplum TV
3 Oktyabr 2023

Rəsmi səhifə

Bu gün, oktyabrın 3-də İsveçin paytaxtı Stokholmda fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Toplum TV Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, fizika üzrə mükafat Pyer Aqostini, Ferents Kraus və Anne Lyilyeyə "maddədəki elektronların dinamikasını öyrənmək üçün attosaniyəlik işıq impulslarını yaradan eksperimental üsullara görə" verilib. https://toplum.tv/siyaset/ptibb-uumlzre-nobel-muumlkafatinin-qalibleri-elan-olundup Bildirilir ki, attosaniyə hətta işığın mikroskopik məsafələri qət etdiyi olduqca qısa müddətdir. Belə bir müddətə malik lazer fləşləri əvvəllər əlçatmaz olan maddənin davranışını ətraflı şəkildə öyrənməyə imkan verir. Xatırladaq ki, bundan əvvəl Nobel Komitəsi tibb və fiziologiya üzrə laureatların adlarını açıqlamışdı.  Katalin Kariko və Dryu Vaysman “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına...
Dünya

ABŞ Ukraynaya yardım etməkdən yorulub? - Ağ Evdən açıqlama

Toplum TV
3 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev Rusiyanın Qərbin Ukraynaya yardım etməkdən daha da yorulacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin kəskinləşəcəyi ilə bağlı iddialarını rədd edib. Toplum TV xəbər verir ki, bu barədə gündəlik brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer danışıb.  “Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya dayanır. Əgər Putin bizdən daha çox davam gətirə biləcəyini düşünürsə, yanılır”, -  Jan-Pyer açıqlamasında bildirib.  https://toplum.tv/siyaset/pvasinqton-etnik-temizleme-ve-soyqirim-kimi-iddialar-faktlara-esaslanmalidirp Onun sözlərinə görə, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketini elan edəcək. Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, ABŞ daxil olmaqla, Qərb ölkələri Kiyevə sponsorluq etməkdən artıq yorulublar və bu yorğunluq...

Seçilmiş Videolar

Toplum TV loqo