Açıq mənbələrdən götürülüb
Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına (Aİ) namizədlik statusunu səs çoxluğu ilə təsdiqləyib
"Reuters" xəbər verir ki, Avropa Parlamentində səsvermə bu gün, iyunun 23-də keçirilib.
Səsvermədə qətnamənin lehinə 529, əleyhinə 45 səs verilib. Daha 14 siyasətçi isə səsvermədə iştirak etməyib.
Bu arada, Avropa Komissiyasının sədri Ursula von der Leyen, ittifaqın genişlənmə təşəbbüsünü "tarixin marşı" kimi qələmə verib.
O, sammitdən öncə deyib: “Mən təkcə Putinin işğalçılıq müharibəsindən danışmıram. Mən yenidən qitəmizdə əsən dəyişiklik küləyi haqqında danışıram. Ukrayna, Moldova və Gürcüstan öz ərizələri ilə bizə dəyişiklik istədiklərini bildirirlər”.
Namizədlik statusu Aİ üzvlüyünə vəsiqə qazanma prosesinin başlanğıcıdır və buna nail olmaq on ildən çox vaxt apara bilər.
Rusiya təcavüzünün yaratdığı təhlükəyə cavab olaraq sıralarını genişləndirib-genişlətməmək barədə düşünən təkcə Aİ deyil. Finlandiya ilə İsveç də may ayında NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin Türkiyənin müdaxiləsi onların üzvlüyünü gecikdirir.
Bu həftənin əvvəlində çıxış edən Finlandiya ordusunun baş komandanı ölkəsinin Rusiyanın hücumuna hazır olduğunu bildirmişdi.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial media
Açıq mənbələrdən götürülüb