Açıq mənbələrdən götürülüb
Avropa İttifaqının (Aİ) yeddinci sanksiya paketində Rusiya qazına embarqo nəzərdə tutulmayacaq.
Bu barədə Çexiyanın Baş naziri Petr Fiala iyulun 14-də "Reuters" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, enerji idxalına məhdudiyyətlərin qoyulması problemlidir, çünki “sanksiyalar onları tətbiq edən ölkələrə nisbətən Rusiyaya daha çox təsir etməlidir, bu qaydaya riayət etmək lazımdır”. O, bir sıra Aİ ölkələrinin Rusiya qazından çox asılı olduğunu vurğulayıb.
Fiala deyib ki, yeni sanksiyalar paketinə Rusiyadan qızıl idxalına qadağa da daxil olacaq. Həmçinin şəxslərə yönəlmiş sanksiyaların və Rusiyaya ixracı qadağan edilən ikili təyinatlı məhsulların siyahısının genişləndirilməsi planlaşdırılır.
Baş nazir yaxın vaxtlarda yeddinci sanksiyalar paketinin təqdim olunacağını qeyd edib.
Müharibə başlayandan bəri Aİ Rusiya və Belarusa qarşı altı sanksiya paketi qəbul edib. Rusiya neftinə qismən embarqonu nəzərdə tutan altıncı paket iyunun əvvəlində təsdiq edilmişdi.
Açıq mənbələrdən götürülüb
РИА Новости