Açıq mənbələrdən götürülüb
Almaniya, Fransa, İtaliya və Rumıniya Ukraynaya Avropa Birliyinə üzvlüynə namizəd statusunun dərhal verilməsini dəstəkləyir
Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı bildirib ki, ölkəsi, eləcə də Almaniya, İtaliya və Rumıniya Ukraynaya Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusunun təcili verilməsini dəstəkləyir.
İtaliyanın "Ansa" agentliyi xəbər verir ki, AB-nin digər ölkələrinin bu məsələyə münasibətini nəzərdə tutan Makron “Yaxın günlərdə biz 27 ölkənin birliyini yaradacağıq” söyləyib.
https://toplum.tv/dunya/makron-ukrayna-rusiya-ile-danisiqlar-aparmali-olacaq
Makron həmçinin, yalnız Ukraynanın sülh şərtlərini müəyyənləşdirəcəyini, Fransa və Almaniyanın ukraynalıların arxasından Rusiya ilə danışıq aparmayacağını deyib.
Bundan əvvəl Makronun Ukrayna barədə açıqlamaları narazılıqla qarşılanmışdı.
Fransa Prezidenti iyunun 15-də Rumıniyaya səfəri zamanı demişdi ki, “nə vaxtsa” Ukrayna Prezidenti və bu ölkənin digər rəsmiləri Rusiya ilə sülh danışıqları aparmalı olacaqlar".
Eyni zamanda Makronun Rusiyanı “alçaltmaq” olmaz fikri AB ölkələrində kəskin tənqidlərə səbəb olmuşdu. Həmçinin bundan əvvəl çıxışlarında dəfələrlə Ukraynanın AB üzvü olmasına qarşı çıxmışdı.
Almaniya, İtaliya və Rumıniya liderləriylə birgə dünən, iyunun 16-da Kiyevə səfər edəndən sonra isə o, Ukraynanın birliyə üzv olmasını dəstəklədiyini bəyan edib.
Makron Kiyevə gəldikdən sonra bildirib ki, səfərin əsas məqsədi Avropanın Ukrayna ilə həmrəyliyini nümayiş etdirməkdir. Almaniya kansleri isə qeyd edib ki, söhbət həm də praktiki məsələlərdən gedir: "Bizim təşkil etdiyimiz yardım - maliyyə, humanitar, eləcə də hərbi - davam etdiriləcək. Biz yardımı Ukraynanın müstəqilliyi uğrunda mübarizəsi üçün nə qədər lazımdırsa, davam etdirəcəyik".
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?