RFE/RL
“Azadlıq Radiosu”nun Ukrayna bürosunun əməkdaşı Vira Qiriç Kiyevə atılan raket nəticəsində həlak olub.
Məlumatı jurnalistin həmkarı Aleksandr Demçenko yayıb.
Onun sözlərinə görə, V.Qiriç raket hücumuna məruz qalan yaşayış binasında olub. Onun meyiti bu gün, aprelin 29-da səhər dağıntılar altından çıxarılıb.
“Bu, Vira Qiriçin kiçik maşınıdır. İki il qabaq onunla bizi Nemeşaevoya apardı, işğal olunmuş ərazilərdə informasiya axtarmaq barədə danışdı. Vira daha yoxdur. Rusiya raketi onun evinə düşüb, Vira bütün gecəni orda qalıb, onu səhər tapıblar”, – jurnalist qeyd edib.
Ötən gecə Kiyevə azı iki zərbə endirilib. Raketlərdən birinin Şevçenkovski rayonundakı 25 mərtəbəli yaşayış binasına düşdüyünü bildirib. Nəticədə 10 nəfər xəsarət alıb. Bu gün Kiyev meri bildirib ki, ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Rusiya hərbçiləri eyni anda bir hədəfə üç raket atıblar ki, onları zərərsizləşdirmək çətin olsun: “Kiyevə atılan raketlərdən birini hava hücumundan müdafiə sistemlərimiz zərərsizləşdirə bilib”.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi isə hərbi obyektlərə zərbə endirdiyini iddia edib.
Aprelin 28-də Kiyevə azı iki zərbə endirilib. Şəhər hakimiyyəti raketlərdən birinin Şevçenko rayonunda 25 mərtəbəli evə düşdüyünü bildiriblər. Nəticədə 10 nəfər yaralanıb. Bu gün Kiyev meri dağıntılar altından bir meyitin çıxarıldığını açıqlayıb.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”