Dünya

Azərbaycan İsrailə başsağlığı verdi

30 Aprel, 2021
942

KİV

"İsraildə Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı baş verən faciəvi qəza bizi çox kədərləndirib".

Bu barədə aprelin 30-da Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yayılan bəyanatda bildirilir. 

“Bu faciəvi hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə bəyanatda qeyd olunub.

Dünən İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer dini bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 44 nəfər ölüb.

Məlumata görə, bayram tədbirində 100 mindən çox insan iştirak edib. 

Dünya

Yerevanda saxlanılan müxalifətçilərin sayı 400-ü keçib

17 May 2022

AFP

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində küçələri bağlayan 400-dən çox aksiyaçını saxlayıb. Yerevan polisininin rəsmi məlumatına görə, 414 nəfər saxlanılıb. Bundan əvvəl müxalifət liderlərindən biri, parlamentin vitse-spikeri İşxan Saqatelyan küçə aksiyalarının dayandırıldığını və axşam saatlarında mitinq keçiriləcəyini açıqlamışdı: "Biz qarşıya qoyulan məqsədi yerinə yetirmişik - qeyd etmişik ki,Ermənistanda vəziyyətin sahibi xalqdır. Biz itaətsizlik aksiyalarını dayandırırıq". Mayın 17-i səhər saatlarından etibarən nümayişçilər Yerevanın müxtəlif yerlərində, o cümlədən hava limanına və Müdafiə Nazirliyinə gedən yollarda nəqliyyatın hərəkətini dayandırıblar. Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon da var. Bu barədə o, özünün “Telegram” kanalında...
Dünya

Zelenski və Şolz Ukrayna müharibəsinin bitməsi üçün şərti açıqlayıb

17 May 2022

açıq mənbədən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub və onlar münaqişənin diplomatik yolla həlli üçün Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasının zəruriliyini bəyan ediblər. Bu barədə mayın 17-də Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit özünün “Twitter” səhifəsində məlumat verib. Hebeştreitin məlumatına görə, Zelenski və Şolz humanitar və hərbi vəziyyəti müzakirə ediblər. Liderlər Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sülh şəraitində həlli yollarını axtarıblar. Onlar bu qənaətə gəliblər ki, bu, yalnız Rusiya hərbi əməliyyatlara son qoyacağı və qoşunlarını çıxaracağı halda mümkün olacaq. Bundan əvvəl Şolz və Zelenski mayın 11-də tetefonla danşıblar. Liderlər Moskva və Kiyev arasında danışıqların...

Seçilmiş Videolar

Toplum TV loqo