Dünya

Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür

14 Aprel, 2021
1292

Sosial Media

İqtisadçı ekspert Rövşən Ağayev "Feysbuk" hesabında Azərbaycanda erkən (əmək qabiliyyətli yaşda) ölümlə bağlı statistikanın kritik olduğunu açıqlayıb.

Rövşən Ağayevin yazısını təqdim edirik:

"Ölkənin demoqrafik durumu ilə bağlı daha bir vacib statisik hesablama...

Erkən (əmək qabiliyyətli yaşda) ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir. 

Ən son statisitkaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. 

Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib.

1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58%-dən 38%-ə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb.

Qadın və  kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir. 1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir.

Qadınlar üzrə nəticə belədir: 1990-2005-c illərdə qadınlar arasında ölümlərdə  65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib.  Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30% təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir..."

Dünya

Putin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsini istəyir

16 May 2022

kremin.ru

Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitindəki çıxışı zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) təşkilatda müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. “TASS”ın məlumatına görə, Prezident Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB məkanında təbii tərəfdaşlarla əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Putin onu da qeyd edib ki, KTMT payızda birgə hərbi təlimlər planlaşdırır. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək. Mayın 15-də Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin sammitdəki...
Dünya

BMT: Hər 10 ukraynalıdan 9-u yoxsulluq təhlükəsiylə üz-üzədir

16 May 2022

Getty Images

Rusiya ilə Ukrayna arasındakı müharibə uzanarsa, bu, hər 10 ukraynalıdan 9-nun yoxsulluq həddinindən də aşağı həddə düşməsinə gətirib çıxaracaq. Bu barədə BMT məlumat yayıb. “Ukraynada azı 100 milyard ABŞ dolları dəyərində olan binalar, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb. Müəssisələrin yarısı tamamilə bağlanıb, digər yarısı isə çətinliklə üzləşib”, - deyə BMT-nin açıqlamasında bildirilir. Qurum qeyd edir ki, əgər Ukraynada müharibə uzanarsa, bu, ölkənin inkişafını iyirmi ilə yaxın müddətdə təhlükə altına qoya bilər. Mayın əvvəlində «CNN» xəbər vermişdi ki, Ukraynanın cənubunda rus hərbçiləri işğal etdikləri ərazilərdə ukraynalı fermerlərdən taxıl ehtiyatını və kənd təsərrüfatı texnikasını oğurlayır, həmçinin ərzaq anbarlarını atəşə tuturlar. Kiyev İqtisadiyyat...

Seçilmiş Videolar

Toplum TV loqo