Sosial Media
Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir.
Bu barədə iyulun 7-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ümumilikdə velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub:
- Yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə;
- Digər ərazilərdə tikinti-quraşdrıma işləri aparılmaqla.
Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işləri tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.
Agentlik bildirir ki, artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib.
“Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq, işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib. Bakı Dairəvi maililiyi, həmçinin mövcud infrastruktur bu ərazidə velosiped yolunun salınmasına imkan verir. 2 km-lik velosiped yolu 2 istiqamət üzrə 2.50 m enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdilib. Eyni zamanda, bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdılıb”, - deyə xəbərdə qeyd edilir.
Bakı Nəqliyyat Agentliyi avtomobil sürücülərindən xahiş edir ki, velosipedçilərin hərəkətini çətinləşdirməsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Velosiped yolu üzərində avtomobili park etmək və ya velosiped yolu boyunca hərəkət etmək qadağandır.
Növbəti mərhələlərdə isə sözügedən velosiped yolunun Buzovna və Pirşağı qəsəbələrinə qədər təşkil edilməsi planlaşdırılır ki, bu da qəsəbələrarası əlaqələndirmədə velosiped nəqliyyatının payının artmasına imkan verəcək.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?