Açıq mənbələrdən götürülüb
Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 40 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.
Bu barədə sentyabrın 14-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Saxlanılan şəxslərdən külli miqdarda heroin, metamfetamin və psixotrop maddələrin götürüldüyü açıqlanıb.
Faktlarla bağlı araşdırmalar başlanılıb. Saxlanılan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilir.
kremin.ru
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”