Dünya

Bakıda narkotik əməliyyatı: 40 nəfər tutuldu 

14 Sentyabr, 2021
65

Açıq mənbələrdən götürülüb

Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 40 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Bu barədə sentyabrın 14-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxslərdən külli miqdarda heroin, metamfetamin və psixotrop maddələrin götürüldüyü açıqlanıb. 

Faktlarla bağlı araşdırmalar başlanılıb. Saxlanılan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilir. 

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar