Dünya

Baltikyanı ölkələr Rusiya vətəndaşlarını üçün sərhədlərini bağlayır

8 Sentyabr, 2022
513

Baltikyanı ölkələr Rusiya vətəndaşlarının Şengen vizaları olsa belə, sərhədi keçmələrinə icazə verməmək barədə ortaq qərar çıxarıb. 

Yük maşını sürücüləri, diplomatlar, ailəvi və humanitar səbəblərə görə daxil olanlar istisna hesab ediləcək. Bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç “Twitter” səhifəsində məlumat verib.

“Reuters” agentliyi xəbər verir ki, məhdudiyyət Rusiya ilə həmsərhəd olan Latviya, Estoniya və Litva tərəfindən tətbiq ediləcək, ruslarla yanaşı, Belarus vətəndaşlarına da şamil ediləcək. Hərçənd qərarın necə tətbiq ediləcəyi barədə məlumat verilmir. Çünki bu ölkələr Şengen zonasına daxildir və Şengen vizasına malik olanların keçməsinə icazə verməlidirlər. Bundan əvvəl bu dövlətlərin nümayəndələri bəyanat hazırlayaraq, sərhədi keçən rusiyalı turistləri “ictimai təhlükəsizliyə təhdid” adlandırmışdılar.

https://toplum.tv/dunya/rusiya-qoyulan-sanksiyalarin-dogrudanmi-tesiri-yoxdur

Əvvəllər Rusiya ilə həmsərhəd olan Avropa ölkələri müstəsna hallar istisna olmaqla, ruslara Şengen vizalarının verilməsinə qadağa qoyulmasını təkid edirdi. Amma Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə bu barədə razılıq əldə edilmədi. Qərbi Avropa ölkələrinin nümayəndələri, o cümlədən Almaniya, Yunanıstan, Kipr, Portuqaliya və Fransa tələbə qarşı çıxdılar.

Əvəzində Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi barədə sazişi  ləğv etmək barədə qərar çıxardı. Bu, ruslara vizaların verilməsi prosedurunu çətinləşdirə bilər, həmçinin viza rüsumları iki dəfə bahalaşacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Dmitri Medvedev Böyük Britaniyanı təhdid edib

31 May 2023

Açıq mənbələrdən götürülüb

"Böyük Britaniya Moskvanın “əbədi düşməni”dir, Ukraynada müharibəyə şərait yaradan istənilən Britaniya rəsmisi qanuni hərbi hədəf hesab edilə bilər". Toplum TV "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.  O, Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynanın öz sərhədlərindən kənarda güc göstərmək hüququna malik olması ilə bağlı sözlərindən qəzəblənib. Sabiq prezident deyib ki, Britaniyanın “ağılsız məmurları” bunun “müharibə iştirakçısı” olmaq mənasına gələcəyini dərk etməlidirlər. https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp     "Böyük Britaniya Ukraynanın müttəfiqi kimi ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, o, faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır", - Medvedev "Tvitter"...
Dünya

Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmir

Toplum TV
31 May 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev çərşənbə axşamı Moskvaya edilən kütləvi dron hücumu ilə bağlı hələ də məlumat topladığını, amma Rusiya daxilinə edilən hücumları dəstəkləyə bilməyəcəyini bildirib. Toplum TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinq zamanı bildirib. Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp ABŞ rəsmilərinin mayın 31-də AP xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu həftə Ukraynaya yeni...

Seçilmiş Videolar

Toplum TV loqo