Dünya

Bayden ABŞ-da normal həyata nə zaman qayıdılacağını açıqladı

3 Mart, 2021
106

Bloomberg.com

ABŞ prezidenti Co Bayden ölkənin normal həyata qayıdışının bir il sonra mümkün olacağını bildirib.

Ağ Evin "Tvitter" hesabında xəbər verilir ki, o, koronavirus pandemiyasının sona çatması ilə bağlı proqnozunu çıxışı zamanı səsləndirib.

"Mənə bu suala cavab verməməyi tövsiyə ediblər, çünki biz dəqiq bilmirik, amma mən ümid edirəm ki, gələn il bu vaxtı, bəlkə də daha tez, biz normal həyata qayıdacağıq", - ABŞ lideri bildirib.

Bayden əlavə edib ki, onun administrasiyasının hədəfinə - hakimiyyətin ilk 100 günü ərzində 100 milyon peyvənd vurulmasına – nail olunacaq: "37 gün ərzində biz bu hədəfə doğru yolun yarısını qət etmişik, mən əminəm ki, bütün yolu uğurla qət edəcəyik".

Dövlət başçısı bunun üçün ABŞ hakimiyyətinin ixtiyarında olan bütün resurslardan istifadə olunacağını deyib. Mayın sonlarında ölkənin bütün yetkin əhalisini – 200 milyon nəfəri – peyvəndləmək üçün kifayət qədər preparat olacaq.

Prezident həm də elan edib ki, "Merck" əczaçılıq şirkəti öz rəqibi, "Johnson & Johnson" tərəfindən hazırlanan koronavirus əleyhinə vaksini istehsal edəcək. Ağ Evin vasitəçiliyi ilə əldə olunan razılaşma preparat istehsalı potensialını kəskin artırmağa imkan verəcək.

Ərzaq və tibb dərmanlarının keyfiyyəti idarəsi (FDA) tərəfindən fevralın sonlarında "Johnson & Johnson" şirkətinin COVID-19 əleyhinə vaksinini təsdiqləməsindən sonra Bayden “tunelin sonunda işıq” gördüyünü bildirmişdi. Ölkədə həmçinin "Pfizer/BioNTech" və "Moderna" şirkətlərinin vaksinləri də təsdiq edilib.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar