Dünya

Bayden: "ABŞ dünya səhnəsinə qayıdıb" 

20 Fevral, 2021
81

Co Bayden - The White House

"ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır”.

ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışında belə deyib.

“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq”, - deyə prezident vurğulayıb.

Baydenin sözlərinə görə, "ABŞ ilə Avropa arasındakı ittifaq iki ölkə arasındakı münasibətlərdə və dünya səviyyəsində "açar"dır".

ABŞ prezidenti həmçinin deyib ki, Rusiya Vaşinqtonun NATO müttəfiqləri ilə transatlantik tərəfdaşlığını pozmağa çalışır.

O bildirib ki, Rusiya Avropa layihəsi və NATO ittifaqını zəiflətmək, eyni zamanda transatlantik birliyi ilə bağlı qərarları pozmaq istəyir. 

Bayden Kremlin ayrı-ayrı ölkələri təhdid etməsinin vahid və güclü bir transatlantik ittifaqla danışıqlar aparmaqdan daha asan olduğunu da vurğulayıb. 

ABŞ lideri həmçinin Ukraynanın suverenliyini qorumağın vacibliyini də diqqətə çatdırıb.

 

 

Dünya

Ermənistan prezidenti Paşinyanın fərmanını yerinə yetirməkdən imtina etdi

2 Mart 2021

Radio Azatutyun

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın fərmanını ikinci dəfə imzalamaqdan imtina edib. "Sputnik Ermənistan"ın martın 2-də verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, Sarkisyan məsələ ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib. Prezident Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciəti Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı deyil, Konstitusiya Məhkəməsi vəsatətə və baş nazirin bu vəsatəti göndərməsini mümkün edən qanunvericilik dəyişikliklərinə baxacaq. Düzəliş uyğun sayılarsa, qanuna görə, Paşinyanın fərmanı avtomatik olaraq qüvvəyə minəcək.
Dünya

Gürcüstana koronavirus qarşı vaksinin çatdırılması təxirə salınıb

2 Mart 2021

Pfizer

Gürcüstana COVAX platforması vasitəsilə koronavirusa qarşı peyvəndin çatdırılması daha 2-3 həftə gecikəcək.  "Sputnik Gürcüstan"ın martın 2-də verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya mətbuat konfransında deyib. Rəsmi bildirib ki, Gürcüstan, Ukrayna, Moldova və Bosniya və Hersoqovina “Pfizer” vaksinini fevral ayının sonunadək əldə etməli idi, amma çatdırılma təxirə salınıb.  "Biz COVAX-la əməkdaşlığı davam etdiririk və ləngimənin ən qısa vaxtda aradan qaldırılacağını gözləyirik", - Tamar Qabuniya qeyd edib.  Məlumata görə, Gürcstan COVAX təsisatına 575 min ABŞ dolları köçürüb. Vaksin Gürcüstana çatdırılan kimi peyvəndləməyə başalanacağı bildirilib. 
Seçilmiş Videolar