Dünya

Bayden ABŞ-ın Əfqanıstanda niyə müharibə etmədiyini açıqladı

1 Sentyabr, 2021
159

NBC News

ABŞ Əfqanıstanda müharibəni ona görə davam etdirmədi ki, bu, ölkənin köklü maraqlarına uyğun gəlmirdi.

CNN-in verdiyi məlumata görə, bu barədə Prezident Co Bayden ölkəsinin müharibədən imtina etməsi məsələsinə aydınlıq gətirərkən deyib. 

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasıyla bağlı xalqa müraciət edərkən Bayden bildirib ki, bu, ABŞ üçün ən düzgün, müdrik və yaxşı qərar olub. 

"Real seçim ya çıxmaqdan, ya da vəziyyətin eskalasiyasıyla üzləşməkdən ibarət idi. Mən sonsuz müharibəni uzatmaq və qoşunların çıxarılmasının qeyri-müəyyən vaxtadək uzatmaq niyyətində deyildim", - o deyib. 

Prezident onu  da qeyd edib ki, ABŞ-ın milli maraqları ancaq bir məsələdən ibarət idi: "Əfqanıstan bir də heç vaxt ABŞ-a hüçum üçün meydança rolunu oynamasın". Onun sözlərinə görə, Vaşinqton bu məqsədə "hələ on il əvvəl nail olub". 

Avqustun 30-da ABŞ Əfqanıstandakı hərbi mövcudluğunu tam başa çatdırıb. Buradakı hərbi kampaniya zamanı ABŞ hərbi kontingenti 2541 hərbçi və mülki itkisinə məruz qalıb. Daha 20 min ABŞ vətəndaşı isə xəsarət alıb. 
 

Dünya

Rusiya NATO ilə əməkdaşlığı məhdudlaşdırır

18 Oktyabr 2021

RIA Novosti

Noyabrın 1-dən etibarən Rusiya NATO yanındakı daimi nümayəndəliyinin fəaliyyətini dayandıracaq.  TASS-ın oktyabrın 18-də verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.  Nazirin sözlərinə görə, NATO-nun Moskvadakı məlumat bürosu da fəaliyyətini dayandıracaq. Rusiya bundan əvvəl NATO-nun rusiyalı diplomatları Brüsseldən qovması ilə əlaqədar cavab tədbirləri görəcəyini bəyan etmişdi.  Kremlin mətbuat katibi Dmitri Peskov öz növbəsində bildirib ki, NATO-nun anti-Rusiya siyasəsi artıq "obyektiv gerçəklikdir".  NATO oktyabrın 6-da Rusiyanı hərbi alyans yanında, Brüsseldəki diplomatik korpus əməkdaşlarının 20 nəfərdən 10 nəfərədək azaldılması barədə qərar çıxarıb. Qurumun baş katibi Yens Stoltenberq Rusiyanın qovulan diplomatlarının "elan olunmamış kəşfiyyat əməkdaşları" olduğunu bildirib.   
Dünya

Pentaqon rəhbərindən “altılıq platforması”na münasibət

18 Oktyabr 2021

Rəsmi səhifə

Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin “altılıq platforması”nın yaradılmasına münasibət bildirib. Bu barədə "Civil.ge"-nin verdiyi məlumatda bildirilir.  “Rusiyanın hansısa yeni platforma barədə danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etməsi daha yaxşı olardı", - deyə Lloyd Ostin gürcü həmkarı Cuanşer Burçuladze ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Pentaqon rəhbərinin səfəri zamanı ABŞ-la Gürcüstana arasında müsadifə sahəsində əməkdaşlıq sazişi də əldə olunub.  Məlumata görə, saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib.  LLoys Ostin ölkəsinin Gürcüstanı Rusiyadan müdafiə edəcəyinə dair vəd verib.   
Seçilmiş Videolar