Dünya

Bayden ABŞ-ın Rusiya siyasətinə aydınlıq gətirdi

29 Aprel, 2021
113

Bloomberg

ABŞ-prezidenti Co Bayden ölkəsinin Rusiyaya qarşı siyasətini xarakterizə edib. 

Prezident Vaşinqtonun Moskva ilə gərginliyin artmasına çalışmadığını, amma müdaxilələri də cavabsız qoymayacağını deyib. Bu bəyanat onun Konqress qarşısında çıxışından əvvəl Ağ Evin rəsmi saytında yerləşdirilib.

"Rusiyaya gəldikdə, mən prezident Putinə açıq şəkildə izah etdim ki, biz eskalasiyaya can atmasaq da, onların davranışlarını cavabsız qoymayacağıq", - Ağ Ev sahibi deyib və əlavə edib ki, iki ölkənin maraqları üst-üstə düşdükdə, əməkdaşlıq da edə bilərlər. 

Baydenin sözlərinə görə, ABŞ Rusiyanın təşkil etdiyi iddial olunan kiberhücumlara və ABŞ seçkilərinə müdaxiləyə görə mütənasib şəkildə reaksiya nümayiş etdirib.

Çıxışı zamanı o, sələfi Donald Trampdan ölkəni böhran vəziyyətində təhvil almasından da gileylənib: "Son yüz il ərzində biz ən qorxulu pandemiya, Böyük Depressiyadan sonra ən pis iqtisadi böhranla üzləşmişik. Vətəndaş müharibəsindən sonra bizim demokratiyaya ən dəhşətli hücuma məruz qalıb". 

 

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar