Bayden: “Bu, Putinin başlatdığı müharibənin hədsiz qəddarlığını bir daha göstərdi”
NPR
ABŞ Prezident Cozef Bayden Rusiyanın Ukrayna şəhərlərinə qarşı təşkil etdiyi kütləvi raket hücumlarını pisləyib.
“Bu zərbələr nəticəsində dinc sakinlər həlak olub və yaralanıb, hərbi təyinatlı olmayan obyektlər dağıdılıb. Bu, bir daha Putinin Ukrayna xalqına qarşı başlatdığı qeyri-qanuni müharibənin hədsiz qəddarlığını göstərir”, - deyə Bayden bildirib.
Ağ Evin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, Prezident həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
"Bu hücumlar yalnız Ukrayna xalqının yanında olmaq əzmini daha da gücləndirir", - Bayden əlavə edib.
https://toplum.tv/dunya/rusiya-ukrayna-seherlerini-bombalayir-cox-sayda-olu-ve-yarali-var
Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi raket hücumlarından sonra, dünən axşam Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Zelenski danışıqlardan sonra sosial media hesabında xəbər verib ki, Vaşinqton Kiyevi müasir hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.
Zelenski Baydenlə söhbəti məhsuldar adlandırıb və əsas mövzunun Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olduğunu təsdiqləyib. Zelenski teleqramında yazıb: “İndi bu, müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
PBS
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür