Dünya

Bayden Consonun istefasına münasibət bildirdi

8 İyul, 2022
867

Sky News

Birləşmiş Ştatlar Böyük Britaniya ilə "sıx əməkdaşlığını", o cümlədən Rusiyanın təcavüzü qarşısında Ukraynaya birgə dəstəyi davam etdirəcək. 

CNN xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Boris Consonun Britaniya hökumətinin başçısı vəzifəsindən istefa verməsindən sonra deyib. 

"Böyük Britaniya və ABŞ yaxın dostlar və müttəfiqlərdir, xalqlarımızı güclü və uzunömürlü bağlar birləşdirir”, - Ağ Evin bəyanatında bildirilib.

Co Bayden əlavə edib ki, o, Londonla sıx əməkdaşlığı davam etdirməyi, o cümlədən ukraynalılara öz ölkələrini Putinin “qəddar müharibəsindən” müdafiə etməkdə köməyini səbirsizliklə gözləyir. Bayden Rusiyanın öz hərəkətlərinə görə cavab verməsi üçün ümumi səylərin rolunu da qeyd edib.

Boris Conson iyulun 7-də tutduğu vəzifədən istefa verib

Onun istefasına səbəb kimi cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir. Bundan sonra hökumətdə ard-arda istefalar baş verib. Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq, vəzifələrindən gediblər. 

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçirmişdilər. Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu. Amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo