Açıq mənbələrdən götürülüb
ABŞ prezidenti Co Bayden Kabil hava limanında baş verən terror aktından sonra bəyanatla çıxış edib.
"Currenttime.tv" xəbər verir ki, Bayden terror aktına görə məsuliyyəti üzərinə götürən İŞİD-in obyektlərinə və rəhbərliyinə zərbə endirməyi Pentaqona tapşırıb.
Kabil hava limanının şimal girişində baş verən partlayş nəticəsində 100-dən çox adam həlak olub, 150 nəfər yaralanıb.
Ölənlər arasında 13 Amerika hərbçisi var, daha 18 hərbçi yaralanıb.
“Bu hücumu həyata keçirənlər və Amerikaya pislik arzulayan hər kəs bilsin: biz bunu bağışlamayacağıq. Biz bunu unutmayacağıq. Biz sizi tapacağıq və cavab verməyə məcbur edəcəyik”, - Bayden söyləyib.
ABŞ prezidenti həlak olan əsgərləri qəhrəman adlandırıb və onların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Gazprom.ru
AFP
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır