NBC
ABŞ Prezidenti Co Bayden bildirib ki, əgər vəziyyət indiki kimi davam edərsə, dünya Karib böhranından sonra ilk dəfə nüvə silahından istifadəylə bağlı birbaşa təhlükəylə üz-üzə qalacaq.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, bu barədə ABŞ Prezidenti Demokratlar Partiyasının tədbirində çıxış edərkən deyib.
Bayden həmçinin bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putini “yaxşı tanıyır”, ona görə də onun “taktiki nüvə silahından, bioloji və ya kimyəvi silahlardan potensial istifadə haqqında danışarkən zarafat etmədiyinə” əmindir.
https://toplum.tv/dunya/ab-rusiya-iqtisadiyyatina-qarsi-sekkizinci-sanksiyalar-paketini-tesdiqledi
Eyni zamanda Bayden qeyd edib ki, o, taktiki nüvə silahından istifadənin tammiqyaslı nüvə müharibəsinə gətirib çıxarmayacağına da əmin deyil.
Onun sözlərinə görə, nüvə silahından istifadənin fəlakətlə nəticələnməyəcəyini təsəvvür edə bilmir.
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya Prezidentinin nüvə silahından istifadə edib-etməyəcəyinə dair açıqlama yaymışdı:
"Rusiya nüvə zərbəsi endirmək qərarına gəlsə, dünya bunu ona bağışlamayacaq. Zənnimcə, Putin öz həyatını çox sevir və anlayır ki, nüvə silahından istifadə edərsə, öz həyatını xilas edə bilməyəcək."
Zelenski həmçinin NATO-ya çağırış edərək bildirmişdi ki, o, Rusiya Federasiyasına “önləyici” zərbələr endirməlidir, “Rusiyanın nüvə zərbələrini gözləməməlidir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür