Dünya

Bayden Putinin debat təklifinə cavab vermədi

19 Mart, 2021
2427

CNN

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə debata çıxıb-çıxmayacağına dair suala cavab verməyib. 

"RİA Novosti"nin martın 19-da verdiyi xəbərə görə, Co Baydenin Ağ Evdə koronavirusun yayılmasına qarşı mübarizədən bəhs edən çıxışından sonra jurnalistlərdən biri ondan Rusiya prezidentinin debat təklifi barədə nə düşündüyünü soruşub. ABŞ rəhbəri suala cavab verməyib və vitse-prezident Kamala Harrisin müşayiəti ilə tribunadan ayrılıb. 

Martın 17-də "ABC News" telekanalına müsahibə verən Bayden demişdi ki, ABŞ seçkilərinə müdaxiləyə görə Rusiyanı cəzalandıracaq. O, özünün Rusiya prezidenti ilə söhbətindən söz açmış və bildirmişdi ki, əgər Putinin təqsirkar olduğu aydınlaşarsa, o, buna görə cavab verəcək. Müsahibə zamanı Bayden jurnalistin "Putini qatil hesab edirsinizmi" sualına isə "bəli" deyə təsdiqləyici cavab vermişdi.

Dünən ABŞ prezidentinin onun haqqındakı sözlərini şərh edən Putin bildirib ki, Baydenlə canlı yayımda açıq söhbət etmək istəyir. Rusiya prezidenti debatın mövzusunun strateji sabitlik, koronavirus pandemiyası və regional konfliktlər ola biləcəyini söyləyib. O, həmin debatı ya cümə günü, ya da gələn həftə keçirilməsinə hazır olduğunu açıqlayıb.

Co Bayden Putinin debat təklifinə cavab verməsə də, Ağ Evin mətbuat katibi Ceyn Psaki deyib ki, Baydenin cümə günü Putinlə debata çıxması mümkün deyil, çünki həmin gün o, "çox məşğul olacaq".

Psaki onu da vurğulayıb ki, ABŞ prezidenti rusiyalı həmkarı ilə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Fizika üzrə Nobel mükafatçıları açıqlandı

Toplum TV
3 Oktyabr 2023

Rəsmi səhifə

Bu gün, oktyabrın 3-də İsveçin paytaxtı Stokholmda fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Toplum TV Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, fizika üzrə mükafat Pyer Aqostini, Ferents Kraus və Anne Lyilyeyə "maddədəki elektronların dinamikasını öyrənmək üçün attosaniyəlik işıq impulslarını yaradan eksperimental üsullara görə" verilib. https://toplum.tv/siyaset/ptibb-uumlzre-nobel-muumlkafatinin-qalibleri-elan-olundup Bildirilir ki, attosaniyə hətta işığın mikroskopik məsafələri qət etdiyi olduqca qısa müddətdir. Belə bir müddətə malik lazer fləşləri əvvəllər əlçatmaz olan maddənin davranışını ətraflı şəkildə öyrənməyə imkan verir. Xatırladaq ki, bundan əvvəl Nobel Komitəsi tibb və fiziologiya üzrə laureatların adlarını açıqlamışdı.  Katalin Kariko və Dryu Vaysman “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına...
Dünya

ABŞ Ukraynaya yardım etməkdən yorulub? - Ağ Evdən açıqlama

Toplum TV
3 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev Rusiyanın Qərbin Ukraynaya yardım etməkdən daha da yorulacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin kəskinləşəcəyi ilə bağlı iddialarını rədd edib. Toplum TV xəbər verir ki, bu barədə gündəlik brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer danışıb.  “Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya dayanır. Əgər Putin bizdən daha çox davam gətirə biləcəyini düşünürsə, yanılır”, -  Jan-Pyer açıqlamasında bildirib.  https://toplum.tv/siyaset/pvasinqton-etnik-temizleme-ve-soyqirim-kimi-iddialar-faktlara-esaslanmalidirp Onun sözlərinə görə, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketini elan edəcək. Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, ABŞ daxil olmaqla, Qərb ölkələri Kiyevə sponsorluq etməkdən artıq yorulublar və bu yorğunluq...

Seçilmiş Videolar

Toplum TV loqo