Dünya

Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı

4 May, 2021
106

NBC

ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbul limitini 62,5 min nəfərə qədər artırıb.

Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış bəyanatda bildirilib. Bayden qərarını “beynəlxalq miqyasda qaçqınlarla bağlı görünməmiş fövqəladə vəziyyət”lə izah edib.

"Bu, əvvəlki administrasiyanın tətbiq etdiyi 15 minlik tarixi rekordu aradan qaldırır, həmin rəqəm Amerikanın qaçqınları qarşılayan və dəstək verən ölkə kimi dəyərini əks etdirmirdi", - bəyanatda deyilir.

Co Bayden prezident seçkiləri ərəfəsində seçicilərinə ABŞ-a qaçqınların qəbulu limitini artıracağını vəd vermişdi.

Bununla belə, o, etiraf edib ki, ABŞ sentyabrda bitən maliyyə ilinin sonunadək yeni 65 minlik hədəfi qarşılaya bilməyəcək, səbəb isə COVID-19 pandemiyası və ölkənin təkrar məskunlaşdırmasına qoyulan məhdudiyyətlərdir.

Dövlət katibi Entoni Blinkenin açıqlama verərək bildirib ki, yeni limit çərçivəsində mümkün qədər çox qaçqın qəbul etməkdən ötrü işlər görülür. 
 

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar