Dünya

Bayden Rusiya və Çini ABŞ-ın “qəddar düşməni” hesab edir

28 İyul, 2021
187

Bloomberg

ABŞ prezidenti Co Bayden bildirib ki, Moskva və Pekin Amerikanın rəqibi olsalar da, Vaşinqton onlarla əməkdaşlıq etməlidir. 

Bu barədə TASS xəbər verir.

Amerika liderinin sözlərinə görə, dünya sürətlə dəyişir. Buna görə də texnoloji üstünlükləri qorumaq, təchizat zəncirini möhkəmləndirmək, texnologiyaları nizamlayan qaydaların avtokratiyanı deyil, demokratiyanı dəstəkləməsi üçün Amerikanın öz partnyorları və müttəfiqləri ilə sıx işləməsi çox mühümdür.

“Eyni zamanda biz Çin və Rusiya kimi ölkələrlə işləməliyik, baxmayaraq ki, onlar ABŞ-ın rəqibi, gələcəkdə isə hətta qatı düşməni ola bilərlər”, - Bayden söyləyib.

Üç dövlətin maraqlarının kəsişdiyi sahələr sırasında Bayden iqlim dəyişikliyini nümunə göstərib. O bildirib ki, bu ümumi təhlükə bütün ölkələrə təsir edir: “Bu, strateji məsələdir, eləcə də ətraf mühit məsələsidir”.

Bayden daha əvvəl bildirmişdi ki, Rusiya ABŞ-da 2022-ci ildə keçiriləcək aralıq seçkilərin nəticələrinə artıq indidən müdaxilə etməyə cəhd göstərir. Bu zaman o, Rusiyanın dezinformasiya yaydığını iddia edən kəşfiyyat məlumatlarına istinad edib.

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar