Dünya

Bayden Rusiyanı terrorizmin sponsoru kimi tanımağa ehtiyac görmür

6 Sentyabr, 2022
2146

NPR

ABŞ Prezidenti Co Bayden inanır ki, Rusiyanı terrorizmin himayədarı kimi tanımağa ehtiyac yoxdur.

Bu barədə Prezident "Reuters" agentliyinin müxbirinin sualını cavablandırarkən danışıb.  O, suala qısaca “Xeyr” deyə cavab verib və əlavə izahat verməyib. 

Ukrayna hökuməti Rusiyanın başlatdığı müharibədən sonra Moskvanın terrorizmin himayədarı kimi tanınmasına çalışır. 

https://toplum.tv/siyaset/tenqidci-rus-jurnaliste-22-il-hebs-cezasi-verildi

“Politico”nun məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi də Rusiyaya belə bir statusun verilməsində israr edir. Lakin Dövlət Departamenti belə bir qərarın, xüsusən də Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracına dair razılaşmanı pozacağına inanaraq qarşı çıxır.

Moskva Vaşinqtona xəbərdarlıq edib ki, onun terrorizmin himayədarı olan dövlət kimi müəyyən edilməsi ikitərəfli münasibətlərdə kökündən zərbə vuracaq və bundan sonra “geri dönüş” olmayacaq.

Ukraynada müharibə başlayandan sonra Litva və Latviya parlamentləri Rusiyanı terroru dəstəkləyən ölkə elan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo