Dünya

Bayden Rusiyanın ABŞ-ın "suverenliyini pozduğunu" bəyan edib

28 İyul, 2021
115

Rəsmi səhifə

ABŞ prezidenti Co Bayden Rusiyanın 2022-ci il Konqressə keçiriləcək seçkilərə müdaxilə etmək üçün dezinformasiya yaymaq cəhdləriylə bağlı xəbərdarlıq edib. 

"Blumberq"-in məlumatına görə, kəşfiyyat orqanları əməkdaşları qarşısındakı çıxışında prezident bildirib k, Rusiya öz hərəkətləriylə "açıq-aydın şəkildə bizim suverenliyimizi pozur". 

Bayden Birləşmiş Ştatlara ünvanlanmış hər hansı böyük kiberhücumun “əsl müharibəyə” çevrilə biləcəyini deyib. 

"Məncə məsələnin müharibə ilə – dünya derjavası ilə real müharibə ilə nəticələnməsi tamamilə mümkündür. Deməliyəm ki, bu təhlükə həndəsi silsilə ilə artır”, - deyə o bildirib.

Bayden ABŞ hökumət orqanlarını və şirkətlərini hədəf alan kiberhücumların əsasən Rusiya və Çindən gəldiyini də vurğulayıb. 

Baydendən əvvəlki prezidentlər də kiber müharibənin həqiqi "qızğın" müharibəyə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq etmişdilər. Donald Tramp və Barak Obama da öz hakimiyyət dövlərlərində bəyan etmişdilər ki, ABŞ xüsusi təhlükəli kiber hücumlara qarşı hərbi əməliyyatlar başlada bilər. 

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar