Dünya

Bayden Ukraynaya artilleriya və radarlar vəd edib

20 May, 2022
260

The Telegraph

Prezident Co Bayden ABŞ-ın Ukraynaya növbəti hərbi yardım edəcəyini açıqlayıb. Hərbi yardıma ön cəbhədə yerləşdiriləcək artilleriya və radarlar da daxildir.

Bəyanat Ağ evin saytından yerləşdirilib.

Bayden ABŞ-ın Ukraynaya təhlükəsizlik məqsədilə tarixi miqyasda yardım etdiyini xatırladıb və administrasiyasının silah, hərbi texnika təchizatını davam etdirəcəyini vəd edib. O, Ukraynaya təxminən 40 milyard dollar maliyyə yardımı ayrılması barədə qanun layihəsini mayın 19-da qəbul edən Senata təşəkkür edib.

Prezident bildirib ki, Birləşmiş Ştatlar “Ukraynanın həm döyüş meydanında, həm də danışıqlar masasında mövqeyini gücləndirməyə” çalışacaq.

Pentaqon nümayəndəsi Con Kirbi bir qədər sonra yeni yardım paketi haqqında daha ətraflı məlumat verib: “Bu paketdə 18 ədəd 155 millimetrlik haubitsalar, onlar üçün 18 ədəd nəqliyyat vasitəsi və 3 ədəd AN/TPQ-36 artilleriya kəşfiyyat radiolokasiya stansiyası olacaq”.

Kirbinin sözlərinə görə, Bayden administrasiyası işə başlayandan Ukraynaya təhlükəsizlik sahəsində ümumən 4,6 milyard dollara yaxın miqdarda yardım göndərib. Bu məbləğin 3,9 milyardı Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra edilib.

Dünya

Putin Ukrayna müharibəsindən bəri ilk dəfə ölkəni tərk edib

29 İyun 2022

Sosial media

Rusiya Prezidenti Vladimir Putin Tacikistanda işgüzar səfərdədir.  O, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla danışıqlar aparacaq. Bu barədə “RİA Novosti” məlumat verib.  Bildirilir ki, daha sonra Vladimir Putin “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Tacikistandan Türkmənistanın paytaxtı Aşqabada yollanacaq. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər.
Dünya

Boris Conson: "Putin qadın olsaydı, müharibəyə başlamazdı"

29 İyun 2022

BBC

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı bildirib ki, əgər Putin qadın olsaydı, Ukraynaya hərbi müdaxilə etməzdi.  “Əgər Putin qadın olsaydı, - göründüyü kimi, elə deyil, - amma əgər olsaydı, mən, həqiqətən də, düşünmürəm ki, bu ağılsız maço müharibəsini başlayardı, xüsusən də baş verən təcavüz və zorakılıq şəklində”, - G7-nin Elmau qəsrindəki sammitindən sonra Almaniyanın ZDF kanalına müsahibə verən Baş nazir belə deyib.  “Əgər sizə toksik maskulinliyin ideal nümunəsi lazımdırsa, bu, onun Ukraynada etdikləridir”, - Boris Conson söyləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peslov Boris Consonun fikirlərinə reaksiya verib.  “Qoca Freyd yaşasaydı, belə bir tədqiqat obyektini yalnız arzulaya bilərdi”,...

Seçilmiş Videolar

Toplum TV loqo