AP /Alex Brandon
ABŞ Prezidenti Co Bayden Ağ evdə çıxışı zamanı Ukraynaya 33 milyard dollar yardım ayırmaq üçün Konqresə müraciət etdiyini bildirib.
CNN məlumat verir ki, Baydenin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya təcavüzünü dəf etmək üçün Ukraynaya yardım göstərməkdə davam edəcək.
ABŞ lideri ölkəsinin Ukraynaya yardım edərkən Rusiyaya hücum etmədiyini, təcavüzün dəf olunmasına vəsilə olduğunu söyləyib. O, Amerikanın Ukraynaya öz hərbçilərini göndərməyəcəyini bir daha vurğulayıb, eyni zamanda müttəfiqləri ilə birlikdə ağır silahlar təchizatını artıracağını açıqlayıb.
Bayden nüvə silahının işlədilməsi barədə Moskvada səslənən təhdidləri məsuliyyətsiz adlandırıb və ölkəsinin Rusiyanın bütün addımlarına hazır olduğunu bildirib.
Konqresdən istənilən məbləğin 20 milyarddan çoxu Ukraynaya və qonşu ölkələrə hərbi yardıma sərf olunacaq. 8,5 milyard iqtisadi yardıma, daha 3 milyard isə humanitar yardıma ayrılacaq.
Ağ ev sahibi həm də əlavə edib ki, sanksiya altına düşən rusiyalı oliqarxların əmlakının müsadirəsi üçün hüquq-mühafizə orqanlarının səlahiyyətləri artırılacaq: “Rusiya kleptokratiyası ilə əlaqəli olan mülkiyyəti müsadirə etmək lazımdır”.
Konqresin daha əvvəl qəbul etdiyi qanuna görə, Rusiya vətəndaşlarından müsadirə olunan əmlakın satışından əldə olunan vəsait Ukraynaya hərbi və humanitar yardıma, eləcə də dağıdılmış infrastrukturun bərpasına sərf olunacaq.
AFP
Hans Birger Nilsen
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır