Dünya

Bayden Ukraynaya silah tədarükü haqqında qanun imzaladı

10 May, 2022
86

AP

ABŞ Prezidenti Co Bayden Ukraynaya «Lend-Liz» müqaviləsi ilə "döyüş əməliyyatları bitənə qədər" silah tədarükü haqqında qanunu imzalayıb.

Məlumatı rəsmi Ağ Ev yayıb.

Qanun silah, hərbi yardım və digər resursların tədarükünü sürətləndirmək imkanı verir və Konqresə bu ilin yanvarında - Rusiya işğalı başlamazdan əvvəl təqdim edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter” hesabında Co Baydenə təşəkkür edib: "Mövcud «Lend-Liz» qanun layihəsinin imzalanması tarixi addımdır. Əminəm ki, biz yenidən birlikdə qalib gələcəyik, Ukraynada və Avropada demokratiyanı müdafiə edəcəyik."

Qanun layihəsinə görə, ABŞ Prezidenti hökumətə Ukraynaya və digər Şərqi Avropa ölkələrinə bu ölkələrin müdafiəsini gücləndirmək və mülki əhalini potensial hücumdan qorumaq üçün özünün müdafiə fondlarını borc vermək və ya icarəyə vermək səlahiyyəti verə bilər.

Ukraynada müharibə başlayandan bəri ABŞ Kiyevə ümumilikdə 2,4 milyard dollarlıq üç hərbi yardım paketi ayırıb. Aprelin 28-də Co Bayden Konqresdən əlavə 33 milyard dollar istəyib.

 

Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...
Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

Hans Birger Nilsen

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo