Dünya

Bayden və Putin arasında gərgin danışıqlar: hansı mövzular müzakirə edilir

16 İyun, 2021
1022

The Guardian

Bu gün, iyunun 16-da ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin Cenevredə gərgin dialoq apardıqları ehtimal edilir. 

"Guardian" nəşrinin məlumatına görə, iki prezident görüşəcəkləri məkana ayrı-ayrı gəliblər. Görüşün keçiriləcəyi "La Qranj" villasının qarşısında gəlməzdən əvvəl onları İsveçrə prezidenti Qay Parmelin qarşılayıb.

Parmelin onların "sülh şəhərinə" xoş gəldiklərini deyib və onlara hər iki ölkənin, o cümlədən bütün dünyanın maraqlarına cavab verəcək "produktiv dialoq" arzu edib. 

İki lider mətbuata elə də çox danışmayıblar, Putin Baydenə qısaca belə deyib: "Cənab prezident, bugünkü görüşə təşəbbüs göstərdiyinizə görə sizə təşəkkür etmək istərdim", Bayden isə belə cavab verib: "Üz üzə görüşmək həmişə daha yaxşıdır".

ABŞ və Rusiya prezidentlərinin görüşünün 4-5 saat davam edəcəyi gözlənilir. 

Ehtimallara görə, görüş zamanı strateji sabitlik, kiber təhlükəsizlik, iqlim dəyişikliyi və Covid-19 pandemiyası kimi mövzular müzakirə ediləcək. O cümlədən Putinlə Baydenin Ukrayna, Suriya və Liviya kimi regional böhranlar, İranın nüvə proqramı və Əfqanıstan barədə danışacaqları gözlənilir. Güman ki, Aleksey Navalnı, həbs olunmuş keçmiş ABŞ dənizçiləri Pol Vekab və Trevor Rid məsələsinə də toxunulacaq. 

Danışıqlardan sonra Bayden və Putinin ayrı-ayrı mətbuat konfransları olacaq. Mətbuat konfranslarının Bakı vaxtıyla axşam saat 8-dən tez başlamayacağı bildirilib. 

Dünya

Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

20 May 2022

Gazprom.ru

“Gazprom” Finlandiyanın “Gasum” şirkətini mayın 21-dən etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib. Bu barədə “Gasum”un rəsmi məlumatında deyilir. Finlandiya qaz çatışmazlığını Estoniyadan gələn “Balticconnector” qaz kəməri ilə kompensasiya etmək niyyətindədir. “Gasum” Rusiyanın tələbi ilə qazın rublla ödənilməsinə keçməkdən imtina edib və arbitrajda buna etiraz etmək niyyətindədir. “Reuters” yazır ki, Finlandiyanın Rusiyadan idxal etdiyi qaz ölkənin enerji istehlakının yalnız beş faizini təşkil edir. Rusiya “dost olmayan” ölkələrdən aprelin 1-dən əvvəllər bağlanmış müqavilələrə görə ödənişlərin rublla aparılmasını tələb edib. Bolqarıstan və Polşa artıq təklif olunan sxem üzrə qazın pulunu ödəməkdən imtina edib, bundan sonra bu ölkələrə tədarük dayandırılıb. Rusiya hökumətinin məlumatına...
Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo