Dünya

Bayden: Zelenski xəbərdarlıqları eşitmək istəmirdi

13 İyun, 2022
958

Açıq mənbələrdən götürülüb

"Birləşmiş Ştatlar Ukrayna hökumətini Rusiyanın müdaxiləyə hazırlaşması barədə dəfələrlə xəbərdar edib, amma Kiyev xəbərdarlıqlara qulaq asmayıb". 

CNN xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden iyunun 12-də ianə toplanışı üçün Los-Ancelesdə keçirilən tədbirdə deyib.

“İkinci dünya müharibəsindən sonra buna bənzər hadisə baş verməmişdi. Bilirəm, bir çoxları düşünürdü ki, ola bilsin, mən şişirdirəm  - Bayden söyləyib və əlavə edib: 
Amma mən bilirdim, çünki əlimizdə [Putinin] sərhəddən müdaxiləyə hazırlaşması barədə məlumatlar vardı. Buna heç bir şübhə yox idi”.

Baydenin sözlərinə görə, bütün xəbərdarlıqlara baxmayaraq, Zelenski bunu eşitmək istəmirdi. 

Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak isə Baydenin sözlərinə tvitterdə münasibət bildirib: “Ukrayna ötən ildən müharibəyə hazırlaşır: mümkün təcavüz barədə informasiyanı təkcə Qərb kəşfiyyatı deyil, bizim kəşfiyyat da verirdi”. 

“Əgər böyük ölkələr Rusiyanın militarist iştahası barədə yetərincə məlumatlı ikən müdaxilənin qarşısını ala bilməyiblərsə, tam miqyaslı müharibədə resursları daha çox olan rəqibə qarşı 100 gündən artıq müddətdə effektlə döyüşən ölkəni nədəsə günahlandırmaq gülüncdür”, - Podolyak yazıb.

Xatırlatma 

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Putin "Vaqner"in keçmiş komandiri ilə görüşüb

Toplum TV
29 Sentyabr 2023

Sosial media

Rusiya prezidenti Vladimir Putin "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Kremlin mətbuat xidməti məlumat yayıb. Verilən açıqlamaya görə, görüş zamanı "Vaqner" muzdlularının Ukrayna müharibəsindəki fəaliyəti müzakirə edilib.  “Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, -  Putin Troşevə bildirib. Bundan əlavə, Rusiya prezidenti  hərbi əməliyyatlarda iştirak edən döyüşçülərin “Vətən Müdafiəçiləri Fondu” tərəfindən sosial dəstək veriləcəyini açıqlayıb....
Dünya

Rusiyada Ukrayna vilayətlərinin ilhaqı bayram günü elan edilib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün bayram kimi qeyd edilməsi haqqında fərman imzalayıb.   Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, fərmana  əsasən, bayram Rusiyada istirahət günü olacaq və sentyabrın 30-da qeyd olunacaq. Sənəd “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır.   Moskva 2022-ci ilin payızında Ukrayna vilayətlərinin ilhaqını elan edib.   Moskvanın bunu rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıb. Ukrayna və dünyanın əksər ölkələri səsverməni saxta hesab edir və bunu beynəlxalq hüquqa qəsd kimi qiymətləndirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo