CNN
ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçirəyəci görüşün məkanı açıqlanıb.
TASS-ın iyunun 10-da verdiyi xəbərə görə, prezidentlər Cenevrənin məşhur “La Qranj” villasında görüşəcəklər.
"Məşhur La Qranj villası Bayden və Putini iyunun 16-da qəbul edəcək. İsveçrə Cenevrəni seçməklə etimad göstərən hər iki ölkəyə təşəkkür edir", - deyə İsveçrə Xarici İşlər Nazirliyinin "Tvitter"də yazdığı açıqlamada bildirilib.
Birləşmiş Ştatlar lideri Co Bayden Putinlə aparacağı birbaşa danışıqları "Rusiyanın nə fikirdə olduğunu və nə planlaşdırdığını bilmək üçün ən yaxşı vasitə" adlandırıb.
AA
MARCA