Dünya

Baydenlə Putin razılığa gəldilər

17 İyun, 2021
216

Euractiv.com

Baydenin sözçüsü deyib ki, Ağ Ev “Rusiya ilə münasibətləri nə yenidən qurmağa, nə də gərginləşdirməyə çalışır”

"AzadlıqRadiosu"nun verdiyi xəbərə görə, ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin bəyan ediblər ki, ilk görüş zamanı bir sıra kiçik məsələlərdə ortaq məxrəcə gələ biliblər.

İyunun 16-da Cenevrədə keçirilən üç saatlıq görüşdən sonra Bayden bildirib ki, müzakirələr bəzi hallarda son dərəcə gərgin olub.

Putin deyib ki, müzakirəni “konstruktiv və təcrübəli partnyorla praqmatik danışıqlar” kimi qiymətləndirir.

Görüşün yekunu olaraq qəbul edilmiş birgə bəyanatda deyilir:

"Biz, Birləşmiş Ştatların prezidenti Cosef R. Bayden və Rusiya Federasiyasının prezidenti Valdimir Putin qeyd edirik: Birləşmiş Ştatlar və Rusiya nümayiş etdirdilər ki, hətta gərginlik zamanlarında da strateji sferada proqnozlaşdırmanın təmin edilməsi, silahlı münaqişələrin və nüvə müharibəsi hədəsinin qarşısının alınması kimi ortaq məqsədlərdə tərəqqiyə nail ola bilirlər”.

Bayden bildirib ki, Putinin hərəkətləri onun ölkəsinin dünya səhnəsindəki mövqeyini sarsıdır.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Rusiya nəyin bahasına olursa-olsun, böyük güc olaraq qalmağa çalışır.

Putin bildirib ki, bir çox məsələlərdə iki ölkə arasında fərqlər olsa da, onun nəzərində hər iki tərəf bir-birini başa düşmək istəyini nümayiş etdirib.

Bayden tərəflər arasında "təməl qaydalardan" danışıb

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuat konfransı keçirib.

O bundan əvvəl Putinin keçirdiyi mətbuat konfransına baxdığını etiraf edib.

Bayden bu görüşdə Aleksey Navalnının işi də daxil, insan haqlarının vəziyyəti məsələsini məxsusi olaraq qaldırdığını deyib.

Jurnalistlərdən biri Baydenə Putinin Aleksey Navalnı kimi opponentlərini yanvarın 6-da Konqres binasına hücum edənlərlə müqayisə etdiyini xatırladıb.

Bayden bunun “axmaq müqayisə” olduğunu deyib.

Legitimlik hökumətdən yox, xalqdan gəlməlidir

ABŞ prezidenti vurğulayıb ki, silahlı qaragüruhun Konqresə basqını ilə insanların azad və ədalətli seçki tələbli nümayiş keçirməsi arasında böyük fərq var.

ABŞ prezidenti bildirib ki, Amerika “ideyalar üzərində qurulmuş” bir ölkədir və bu ölkədə “demokratik legitimlik” hökumətdən yox, xalqdan gəlir və buna görə də Amerika insan haqları məsələsini həmişə diqqət mərkəzində saxlayacaq.

Bayden Ukrayna barədə suallara cavab verərkən deyib ki, görüş zamanı ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib.

ABŞ prezidenti görüşün ümumi tonunu “pozitiv” olaraq qiymətləndirib.

“Mən ona başa saldım ki…”

Bayden habelə jurnalistlərdən birinin Putinlə bu görüşdə kibertəhlükəsizlik məsələsini qaldırıb-qaldırmaması, Rusiyadan ABŞ-ın həyati infrastrukturuna hücum olarsa, administrasiyanın necə cavab verəcəyi barədə sualına cabab verərkən deyib:

“Mən ona başa saldım ki, bizim əhəmiyyətli kiberqabiliyyətimiz var və o bunu bilir. Mən dedim ki, onlar əgər təməl normaları pozsalar, biz cavab verəcəyik”.

Bayden bildirib ki, o, Rusiya prezidentinə həyati əhəmiyyətli infrastrukturun 16 həssas vahidinin siyahısını verib və onların istər kiber, istərsə də digər hücumlardan mühafizə olunmalı olduğunu deyib.

ABŞ prezidenti əmin olduğunu bildirib ki, Putin onun xəbərdarlıqlarına qulaq asacaq:

“Düşünürəm ki, onun indi ən az istədiyi şey soyuq müharibədir”.

Putinin qəlbi barədə

Co Bayden Putinlə görüşməsinə haqq qazandırıb, deyib ki, üzbəüz danışığın alternativi yoxdur.

ABŞ prezidentinin sözlərinə görə, o, Putinə  tərəflər arasında “yol hərəkətinin təməl qaydalarını” müəyyənləşdirmək və buna əməl etmək lazım gəldiyini deyib.

İki lider İranla bağlı birgə fəaliyyətin mümkünlüyü, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması məsələlərini də müzakirə ediblər.

Media xəbərlərində deyilir ki, Bayden Putinə iki hədiyyə verib.

Bunlardan biri onun özünün də xoşladığı Aviator eynəyi, digəri isə Amerika bizonunun büllur fiquru idi.

Co Bayden Putinin “qəlbi olmaması” barədə 2011-ci ildə verdiyi şərhlə bağlı suala cavab verməyib.

Bayden Putinlə "AzadlıqRadiosu"dan da danışıb

Prezident Co Bayden rusiyalı həmkarı ilə danışıqlarda "AzadlıqRadiosu"nun Rusiyadakı işinin əngəllənməsi və jurnalistlərin qısnanması məsələsini də qaldırıb.

Bunu Vladimir Putin görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyada “xarici agent” elan edilmiş Amerika mediası Rusiya qanunvericiliyinə tam əməl etmir.

Rusiya prezidenti vurğulayıb ki, Rusiyada bu medialar “xarici agent” siyahısına ABŞ-da Rusiyanın RT telekanalı “xarici agent” elan edildikdən sonra salınıb.

O əlavə edib ki, "AzadlıqRadiosu"nun Rusiyadakı işi ilə bağlı situasiyanı Xarici İşlər Nazirliyi vasitəsilə “yoluna qoymaq” mümkün ola bilər.

Putin məsələnin detallarına varmayıb.

Putin Baydenlə görüşü "xeyli konstruktiv" adlandırıb

Rusiay prezidenti görüşdən dərhal sonra keçirdiyi mətbuat konfransında danışıqların “xeyli konstruktiv” olduğunu, “düşmənçiliyin olmadığını" bildirib.

O deyib ki, tərəflər səfirlərin Vaşinqton və Moskvadakı vəzifələrinə qayıdacaqlarına dair razılıq əldə ediblər.

Putin suallara cavab verərkən bildirib ki, iki prezident kibertəhlükəsizlik məsələlərini ayrıca müzakirə etmək barədə razılaşıblar.

Rusiya prezidenti dövlət orqanlarının kiberhücumlarla əlaqəsini inkar edib və deyib ki, Rusiya da belə hücumlara məruz qalır.

Putin bildirib ki, danışıqlarda nüvə silahlarına nəzarətə dair müqavilənin müzakirəsinin uzadılmasına dair razılıq ifadə olunub.

Onun sözlərinə görə, tərəflər Rusiya və ABŞ-da həbsdə olan vətəndaşlarının mübadiləsi barədə müzakirələri istisna etmirlər.

Navalnı

Putin Qərbin Rusiyanı “düşmən” adlandırmasından gileylənib.

Aleksey Navalnıya və digər müxalifətçilərə qarşı repressiyalar barədə suala cavab verərkən Putin deyib ki, Navalnı ölkə qanunlarını bilərəkdən və dəfələrlə pozub. O, mövzunu genişləndirərək ABŞ-da da atışmalar və ölənlər olduğunu qey edib.

Ukrayna barədə

Rusiya prezidenti Ukraynadakı münaqişənin Minsk razılaşmaları əsasında həll olunmalı olduğunu, bunu Moskvanın opponentlərinin də qəbul etdiyini xatırladıb, deyib ki, rəsmi Kiyev Minsk razılaşmaları ilə heç bir bağlılığı olamayan yeni danışıq çərçivəsi istəyir.

Putin  bu ölkənin seçilmiş prezidentinin 2014-cü ildə devrildiyini və bunun ölkəyə heç də stabillik gətirmədiyini vurğulayıb.

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar