Dünya

BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq sərmayə yatırır

25 Noyabr, 2021
79

Rəsmi səhifə

Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin neft-kimya, texnologiya, infrastruktur, səhiyyə və kənd-təsərrüfatı sahələrinə 10 milyard dollarlıq sərmayə yatıracaq. 

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Əbu Dabi İnkişaf Holdinqinin direktoru Məhəmməd Həsən əl Suveydi açıqlama verib. 

BƏƏ-nin Türkiyə iqtisadiyyatına irimiqyaslı yatırım edəcəyi məlum olandan sonra, Türkiyə milli valyutası rekord enişdən sonra ilk dəfə 7%-cən dəyər qazanıb. 

İnvestisiya planı çərçivəsində noyabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BƏƏ-nin faktiki rəhbəri sayılan Məhəmməd ben Zayd arasında görüş keçirilib. 

Ekspertlər bildirir ki, Türkiyə və BƏƏ yaxın şərqdə bütün istiqamətlər üzrə rəqib olublar: Liviyadan tutmuş Suriyaya qədər. İki ölkənin xarici siyasətində əhəmiyyətli dəyişiklik olmasa da, aralarındakı normallaşma prosesi davam edir. 

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar