Dünya

Belarus Aİ əleyhinə sanksiyaların genişlənməsini anons edib

23 Noyabr, 2020
276
Belarusun Xarici işlər naziri Vladimir Makey Avropa İttifaqı əleyhinə sanksiyaların genişlənməsini anons edib.

Bu barədə TASS xəbər verir.

Makey "Belarus-1” telekanalına müsahibəsində söyləyib: "Avropa İttifaqı on beş nəfərə qarşı əlavə sanksiyalar tətbiq edib. Biz də özümüzün personal sanksiya siyahılarımızı genişləndirəcəyik və oraya Avropa İttifaqının rəhbərliyinin nümayəndələri, bəzi Avropa dövlətlərinin rəhbərləri daxil ediləcəklər”.

Nazir xatırladıb ki, Belarus müxalifətinin hazırda xaricdə olan nümayəndələri personal sanksiyaların sərtləşdirilməsini istəyirdilər, amma iqtisadi sanksiyaların əleyhinə idilər.

İndi isə sərt iqtisadi sanksiyaların tərəfdarıdırlar.

O, bu çağırışları "ümumilikdə Belarus dövlətçiliyi üçün böyük təhlükə” adlandırıb.

Vladimir Makey daha sonra əlavə edib: "Əgər kimsə düşünür ki, bunlar faydalı olacaq, ciddi səhv edir. Əlbəttə, biz də Qərb partnyorlarımızla bu planda danışacağıq”.

Bu zaman XİN başçısı qeyd edib ki, ”əgər kimsə regionda yanğın istəyirsə”, Minsk belə qərarların təşəbbüskarlarına verməyə cavab tapacaq.

"O zaman Belarusun ətrafında da qızmar olacaq”, - Makey qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, Belarus heç zaman öz partnyorlarına qarşı hansısa destruktiv davranışların təşəbbüskarı olmayacaq, respublika əməkdaşlıq məntiqindən çıxış edir.

Avropa İttifaqı oktyabrın 2-də 40 Belarus məmuruna qarşı rəsmi sanksiyalar tətbiq edib. Bu zaman ölkə prezidenti Aleksandr Lukaşenko siyahıda yox idi.

Noyabrın 6-da isə sanksiyalar Lukaşenkonun özünə və daha 14 Belarus məmuruna da tətbiq edilib.

Onların Avropadakı aktivləri dondurulacaq, Aİ-na girişləri qadağan olunacaq.

Belarusdakı prezident seçkiləri avqustun 9-da keçirilib.

MSK altıncı dəfə namizəd olan Lukaşenkonun səslərin 80%-ni topladığını elan edib.

Ölkəni bürüyən etiraz aksiyaları sərt şəkildə dağıdılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo