Dünya

Belarus Britaniyadakı səfirini geri çağırdı

29 İyul, 2022
151

Açıq mənbələrdən götürülüb

Belarus Xarici İşlər Nazirliyi: Minsk Londonun qeyri-dost hərəkətlərinə görə Böyük Britaniyadakı səfirini geri çağırıb

Belarus XİN bəyan edib ki, Britaniya hökumətində “məsuliyyətli siyasətçilər” ortaya çıxanda Minsk oradakı tamhüquqlu diplomatik mövcudluğu bərpa edəcək. 

“Böyük Britaniya tərəfindən sistematik olaraq Belarus vətəndaşlarına və hüquqi şəxslərinə maksimum zərər vurmağa yönəlmiş bir sıra qeyri-dost addımlar ilə əlaqədar olaraq, ölkəmizin Londondakı diplomatik missiyasının səviyyəsinin müvəqqəti işlər vəkilinə endirilməsi barədə qərar qəbul edilib", - deyə Belarus XİN rəhbəri Anatoli Qlaz bildirib. 

https://toplum.tv/dunya/cin-lideri-baydene-xeberdarliq-etdi-odla-oynayan-ozunu-yandiracaq

Eyni zamanda o qeyd edib ki, səfirin geri çağırılması iki ölkə arasında diplomatik əlaqələrin dayandırılması demək deyil, lakin respublikanın tam diplomatik mövcudluğu yalnız Londonda “məsuliyyətli siyasətçilərin” meydana çıxması ilə bərpa olunacaq. 

İyulun 12-də Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı genişmiqyaslı hibrid müharibənin başladığını elan etmişdi.

“Bu müharibəyə Şimali Atlantika blokunun kiberməkanda psixoloji əməliyyatlar və təxribatçı hərəkətlər aparmaq üzrə ixtisaslaşan həm milli, həm də koalisiya strukturları daxildir”, - deyə Lukaşenko bildirmişdi. 

Dünya

Rusiya Türkiyəyə ikinci S-400 partiyasını verəcək

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Moskva Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının satışını elan edib, Rusiya artıq müqavilənin icrası üzərində işləyir.  Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev məlumat verib.  Şuqayev müqaviləni Moskvada "Ordu-2022" forumunda elan edib. O, sövdələşmənin nə vaxt bağlandığını açıqlamayıb, lakin qeyd edib ki, bu, Türkiyədə komplekslərin istehsalının qismən lokallaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, “çətin siyasi vəziyyət” “Rusiya tərəfinin tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin bəzi aspektlərinə təsir göstərib”, lakin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davam edir. https://toplum.tv/dunya/putin-qehreman-ana-titulunu-berpa-etdi S-400 zenit-raket kompleksi uzaq və orta mənzilli raket sistemidir, 2007-ci ildə istifadəyə verilib, Türkiyədən əlavə, Moskva Çin və Hindistana da ondan tədarük edib,...
Dünya

Estoniyada daha altı sovet abidəsi söküləcək

16 Avqust 2022

РИА Новости

Narvadakı "T-34" tank abidəsindən əlavə, Estoniya hakimiyyəti daha altı sovet abidəsini sökəcək. ERR xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaja Kallas Tallində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Narvadakı tank Estoniya ölkənin daxili təhlükəsizliyinə həsr olunan Müharibə Muzeyinə veriləcək.  https://toplum.tv/dunya/krimda-silsile-partlayislar-sakinler-texliye-olunur Qeyd olunur ki, ondan əlavə, Petrovski meydanındakı xatirə lövhələri, Qırmızı Ordu əsgərlərinə qoyulan abidə, Sovet İttifaqı Qəhrəmanı İqor Qrafovun abidəsi, Narva-Yıesuu şəhərində İkinci Dünya Müharibəsinə həsr olunmuş bir neçə abidə, Meriküla kəndindəki sovet desantın qoyulan abidə də söküləcək. Artıq Narvada "T-34" tank-abidəsinin hərbi muzeyə təhvil verilməsi üzrə işlərə başlanıldığı bildirilib. 

Seçilmiş Videolar

Toplum TV loqo