Sosial Media
"Ukraynada Belarus Evi" təşkilatının rəhbəri, belarus fəal Vitali Şişov Kiyevdə ölü vəziyyətdə tapılıb.
Bu barədə avqustun 3-də təşkilatın teleqram-kanalının yaydığı məlumatda bildirilir.
V. Şişovun meyiti yaşadığı evin yaxınlığındakı parkda ağacdan asılmış vəziyyətdə tapılıb. O, günlərdir ki, itkin düşmüş sayılırdı. Hadisəylə əlaqədar olaraq "Qəsdən öldürmə" maddəsi ilə cinayət işi açılıb.
İyulun sonunda belaruslu sabiq hüquq-mühafizə orqanlarının əməkdaşlarını birləşdirən BYPOL təşkilatı bəyan etmişdi ki, ölkə MTN-ni xaricdə yaşayan nüfuzlu müxalifət tərəfdarlarının ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyata başlayıb. Etiraz hərəkatı üzvü olan ekspertlərin və liderlərin hədəf alındığı bildirilirdi.
"Ukrayanda Belarus Evi" təşkilatı isə V. Şişovun həyatına planlı şəkildə qəsd olunduğunu bəyan edib. Təşkilat üzvləri onlara oğurlanma və digər təxribatçı halların baş verəcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyini xatırladıblar.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?