NRC
Belarus Baş Prokurorluğu Litvaya göndərdiyi müraciətdə Svetlana Tixanovskayanın cinayət məsuliyyətinə cəlb olunması üçün təhvil verilməsini tələb edib.
"RİA Novosti"nin martın 5-də verdiyi xəbərə görə, keçmiş prezidentliyə namizəd ictimai asayişin pozulmasında və dövlət əleyhinə cinayətlərdə ittiham olunur.
Belarus İntintaq Komitəsi martın 2-də bildirmişdi ki, Tixanovskayanın ekstradisiyasına başlamaq niyyətindədir və müvafiq sənədlər artıq respublikanın Baş prokurorluğuna göndərilib.
Litva XİN isə öz növbəsində bildirib ki, ölkə siyasi təqibə məruz qalan şəxsləri təhvil vermir.
Belarusda 2020-ci ilin avqustun 9-da keçirilən prezident seçkilərində rəsmi nəticələrə görə 80,1% səs toplayan Aleksandr Lukaşenko qalib elan olunub. Lukaşenko əleyhdarları isə seçkilərdə Tixanovskayanın qalib gəldiyini hesab edir. Müxalifət yeni seçkilər və rəsmi Minskə qarşı Qərb tərəfindən tətbiq olunan sanksiyaların genişləndirilməsini tələb edir.
Belarusda müxalifətin Koordinasiya Mərkəsinin bir sıra üzvlərinə qarşı hakimiyyəti ələ keçirməyə çağırışlar, ekstremist təşkilat yaratmaq, qeyri-konstitusion yolla dövlət hakimiyyətini qəsb etmək ittihamları ilə cinayət işi açılıb. Seçkilərdən sonra Litvaya gedən Tixanovskayaya da eyni ittihamlar irəli sürülüb və o, Minsk tərəfindən axtarışa verilib.
Panda Security
Agenda.ge
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış