Global Look Press
Belarusda məşhur ingilis yazıçısı Corc Oruellin "1984" romanının satışı qadağan edilib.
Bu barədə "Naşa Niva" nəşri müvafiq sərəncamın surətinə istinadən məlumat yayıb.
“Oruell D. "1984"-ün bütün versiyalarını satışdan çıxarın. Mayın 19-dan gec olmayaraq, qərarın icrası haqqında hesabat verin”, - sərəncamda deyilir.
Roman ilk dəfə 1992-ci ildə tərcüməçi Sergey Şupa tərəfindən belarus dilinə tərcümə edilib.
2020-ci ildə roman Andrey Yanuşkeviçin nəşriyyatı tərəfindən yenidən nəşr olunub.
Əsərin əlavə nəşri 2021-ci ildə buraxılıb.
Məlumata görə, kitab "Belkniga" dövlət şəbəkəsində ən çox satılan kitablar siyahısında dördüncü yerdədir.
Mayın 16-da paytaxt Minskdə “Yanuşkeviç” nəşriyyatının “Kniqauka” kitab mağazası açılıb. Elə həmin gün mağazada axtarış aparılıb, naşir Andrey Yanuşkeviç saxlanılıb və ondan 200 kitab müsadirə edilib.
Hüquq-mühafizə orqanları nəşriyyatda maliyyə mənbələrini də yoxlamaq niyyətindədir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?