Açıq mənbələrdən götürülüb
Belarusda 2020-ci ilin avqustunda prezident seçkilərində namizədliyi qeydə alınmayan Viktor Babarikoya 14 il həbs cəzası verilib.
Bu barədə iyulun 6-da "BelTa" informasiya agentliyi məlumat yayıb.
Ali məhkəmə Babarikonu Cinayət Məcəlləsinin iki maddəsi - böyük həcmdə rüşvət almaq və cinayət yoluyla ələ keçirilmiş vasitələrin leqallaşdırılmasında təqsirkar bilib.
"Radio Svoboda"nın məlumatına görə, Babarikoya həmçinin 57 270 dollar həcmində maliyyə cəriməsi kəsilib, onun 5 il ərzində hansısa yüksək vəzifədə təmsil olunmasına məhdudiyyət qoyulub, həmçinin onun qərar barəsində şikayət verməsindən imtina edilib.
Babariko isə açıqlamasında qeyd edib ki, ona ünvanlanan ittihamları qəbul etmir. O, həbsinin siyasi motivli olduğunu, prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürdüyünə görə cəzalandırıldığını bildirib.
Viktor Babariko 20 il "Qazprom Bank"ın Belarus nümayəndəliyinin sədri olub, o, prezidenti seçkiləri təşviqat kampaniyasında iştirak etməzdən əvvəl vəzifəsindən istefa vermişdi.
Onun məhkəmə prosesi yarı qapalı şəraitdə keçirilib, yaxın qohumlardan savayı heç kim məhkəməyə buraxılmayıb. Onlara isə telefon və planşet götürməyə icazə verilməyib.
Həmçinin bildirilir ki, məhkəməni işıqlandırmaq üçün ancaq dövlət mətbuat quruluşlarına akreditasiya verilib.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?