Reuters
"Moody's" beynəlxalq reytinq agentliyinin məlumatına görə, Belarus xarici borc öhdəliklərini yerinə yetirə bilməyib.
Agentliyin rəsmi saytında bildirilir, iyulun 13-də güzəşt müddəti başa çatıb və bu müddət ərzində ölkə "Belarus-27" avroistiqrazları (qeyri-avropa şirkətləri tərəfindən Avropada buraxılan istiqrazlar nəzərdə tutulur-red) üzrə 22,9 milyon dollar ödəməli olub. Belarus Maliyyə Nazirliyi bu ödənişi milli valyutayla həyata keçirib, buna görə də istiqraz sahibləri ödənişləri ala bilməyiblər.
İyunun sonunda Belarus hökuməti ölkənin avroistiqrazlar üzrə borc öhdəliklərini Belarus bankının hesabına milli valyuta ilə ödəyəcəyini bəyan etmişdi.
İyunun 22-də Rusiya Prezidenti Vladimir Putin də Rusiyanın xarici borcu üzrə rublla ödənişlərin yeni müvəqqəti qaydasını müəyyən edən fərman imzalayıb. İyunun 27-də "Moody's" Rusiyanın da avroistiqrazlar üzrə defoltu barədə məlumat verib. Bundan əvvəl Rusiyanın defolt olduğunu "Bloomberg" və "The Wall Street Journal" da xəbər vermişdi. Onların fikrincə, Rusiya 1918-ci ildən bəri ilk dəfə öz öhdəliklərini yerinə yetirməyib.
Rusiya Federasiyasının Maliyyə Nazirliyi buna cavab olaraq borc üzrə bütün öhdəliklərin tam şəkildə yerinə yetirildiyini bildirib. Departament ödənişlərin çatmamasınına görə beynəlxalq hesablaşma-klirinq sistemlərinin rəhbərlərini günahlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?