Dünya

Berlində polislə vətəndaşlar arasında toqquşma olub

18 İyun, 2021
1084

Sosial Media

Berlinin Fridrixshayn rayonundakı binalardan birini qanunsuz şəkildə zəbt edən skvotterlərlə toqquşma nəticəsində 60 polis xəsarət alıb. 

BBC-nin verdiyi xəbərə görə, toqquşmalar əraziyə yanğın təhlükəsizliyi müfəttişinin göndərilməsi ilə başlayıb.  

Sakinlər hesab ediblər ki, onları köçürmək istəyirlər, buna görə də onlar müfəttişi və hadisə yerinə gələn polisi daşa basıblar. 
Hakimiyyətin fikrincə, iğtişaşlarda iştirak edənlər 300 nəfərdən az olmayıb. Vəziyyətdən çıxış yolu hələ tapılmayıb.

Binanın boşaldılması üçün daha əvvəlki cəhd 2016-cı ildə göstərilib və 120 polisin yaralanması ilə nəticələnib. O zaman hüquq-mühafizə orqanları geri çəkilmişdilər.

Almaniyanın birləşməsindən sonra Şərqi Berlinin bir çox rayonları tənəzzülə uğrayıb, tərk edilən evlər və binalar qanunsuz zəbt edilib (belə hallar "skvottinq" adlanır). 

BBC  yazır ki, yerli sakinlər skvotetrlərin tərəfindədirlər, çünki onlar köhnə binaların müasirlərilə dəyişməsinin, beləcə kommunal xərclərin artımının qarşısını alırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo