RBK
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Aleksandr Lukaşenkonun oğlu Viktor Lukaşenkonu Belarus Milli Olimpiya Komitəsinin yeni başçısı kimi qəbul etməkdən imtina edib.
Bu barədə martın 9-da BOK-un rəsmi internet saytında məlumat verilib.
Bu ilin fevral ayında Belarus Milli Olimpiya Komitəsinin sədri Aleksandr Lukaşenko keçirilən seçkilərdən sonra vəzifədən gedib və onu komitəsinin vitse-prezidenti Viktor Lukaşenko əvəzləyib.
2020-ci ilin dekabrında BOK Belarus Milli Olimpiya Komitəsinin nümayəndələrini, xüsusilə Aleksandr Lukaşenkonu və onun oğlunu Olimpiya oyunları daxil olmaqla BOK-un tədbilərində iştirak etməkdən müvəqqəti olaraq məhrum edib. BOK qərarını Belarusda baş verən siyasi repressiyalarla, həmçinin Lukaşenkoya qarşı etirazları dəstəkləmiş idmançıların təqib olunması ilə əlaqələndirib.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?