Açıq mənbələrdən götürülüb
Biznesmen Oleq Tinkov Rusiya vətəndaşlığından imtina edib. O, bu barədə "İnstaqram" səhifəsində Rusiyanın Cenevrədəki Baş Konsulluğu tərəfindən verilmiş sertifikatın şəklini əlavə edərək məlumat yayıb. Əvvəllər o, dəfələrlə Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış etmişdi. Noyabrın 1-i səhər o, postunu silib.
Milyarder “Putin faşizmi” və dinc əhalinin ölümü ilə əlaqəli olmaq istəmədiyini bildirib. O, digər rusiyalı sahibkarları da ondan nümunə götürməyə çağırıb ki, “faşizm üçün işləməsinlər”. O, həm də özünü işğalçılıq müharibəsinin tərəfdarlarından daha böyük Rusiyanın vətənpərvəri adlandırıb.
Oleq Tinkov uzun müddətdir ki, xaricdə yaşayır. 1996-cı ildən onun Rusiya ilə yanaşı, 2013-cü ildə imtina etdiyi ABŞ vətəndaşlığı da var. İndi onun Kipr vətəndaşlığı var.
https://toplum.tv/dunya/rusiyada-seferberlikden-yayinanlara-5-ile-qeder-hebs-cezasi-verile-biler
Tinkov Rusiyada çoxsaylı şirkətlərin təsisçisidir. Onlardan ən məşhuru müştəri sayına görə dünyanın ən böyük onlayn bankına çevrilmiş Tinkoff Bankdır. Rus "Forbes" onun sərvətini 4,7 milyard dollar qiymətləndirir.
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra Oleq Tinkov Rusiya aktivlərini bağladı və ya satdı. Onun "Tinkoff Bank"a sahib olan "TSC Group"-dakı payını oliqarx Vladimir Potanin alıb. Tinkov bir daha Rusiyaya qayıtmayacağını və biznesini “rus əsgərlərinin və Ukrayna sakinlərinin qanına” ləkələmək istəmədiyini bildirib. “New York Times” qəzetinə müsahibəsində o, müharibə əleyhinə mövqeyinə görə Kremldən aldığı təhdidlərdən danışıb.
Tinkov Rusiyada yaşayarkən Prezident Vladimir Putini dəstəklədiyini bəyan edərək, xüsusilə onu ömürlük hökmdar və imperator kimi görmək istədiyini bildirib.
Bundan əvvəl daha bir neçə iri rusiyalı iş adamı, o cümlədən Nikolay Storonski, "DST Global" fond qrupunun təsisçisi Yuri Milner və "Freedom Finance" investisiya şirkətinin rəhbəri Timur Turlov Rusiya vətəndaşlığından imtina edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb