Bloomberg: ABŞ "Vaqner" qruplaşmasını terror təşkilatı elan etməyi nəzərdən keçirir
Açıq mənbələrdən götürülüb
Vaqner qrupu
ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiyanın "Vaqner" qruplaşmasını terror təşkilatı kimi tanıyıb-tanımamaq məsələsini nəzərdən keçirir.
Toplum TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin xəbərinə görə, Birləşmiş Ştatlar "qruplaşmanın Ukraynada iştirakını və Afrikada artan iştirakını məhdudlaşdırmaq cəhdlərinin bir hissəsi kimi" belə bir imkanı nəzərdən keçirir. Mənbələrin bildirdiyinə görə, yekun qərar hələ verilməyib. Ağ Ev və Dövlət Departamenti bununla bağlı şərh verməyib.
https://toplum.tv/dunya/zelenski-ukraynanin-berpasi-ucun-1-trilyon-dollardan-cox-vesait-lazimdir
Terror orqanlarının siyahısına hansısa struktur daxil edildikdən sonra ABŞ hakimiyyəti bu təşkilatın üzvlərinə qarşı cinayət təqibini həyata keçirmək, eləcə də onun bütün dünyada beynəlxalq aktivlərinə nəzarət etmək hüququna malik olur.
Noyabrın əvvəlində, "Politico" xəbər vermişdi ki, Avropa Parlamentinin deputatları da Avropa İttifaqının rəsmilərini "Vaqner"i terror təşkilatı kimi müəyyən etməyə çağırıblar. Deputatlar qeyd ediblər ki, "Vaqner" döyüşçüləri Ukraynada beynəlxalq hüququ pozur.
İddialara görə, "Vaqner" rusiyalı iş adamı Yevgeni Priqojin tərəfindən yaradılan və hazırda da onun nəzarət etdiyi silahlı qruplaşmadır. 2015-ci ildə təşkilat ABŞ-ın sanksiyalarına məruz qalıb. 2021-ci ilin dekabrında Avropa Birliyi qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi pozmaqda, habelə insan haqlarını kobud şəkildə tapdamaqda ittiham edərək üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Bəzi rus və qərb ekspertlərinin fikrincə, "Vaqner" qruplaşması əslində Rusiya Müdafiə Nazirliyinin tərkibində maskalanmış birlikdir və Rusiya hökumətinə hesabat verir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Un.org
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?