“Bloomberg”: Almaniya Rusiya neftindən ilin sonuna kimi imtina etmək niyyətindədir
Bloomberg
Hətta Avropa Birliyi neft embarqosu ilə bağlı razılığa gəlməsə belə, Almaniya 2022-ci ilin sonuna kimi Rusiya neftindən imtina etmək niyyətindədir.
Bu barədə “Bloomberg” agentliyi Almaniya hökumətindəki mənbələrinə istinadən xəbər verir.
Mənbələr bildirirlər ki, alternativ təchizatçılarla sövdələşmələr bağlanması prosesi uğurla gedir və Berlin qalan altı-yeddi ay müddətində logistik problemləri həll etməyə bel bağlayır.
Problemlərdən biri ölkənin şimal-şərqindəki Şvedt şəhərində böyük neft emalı zavodu üçün xam neft mənbələri tapmaqdır. Zavodun yanacaqla təchiz etdiyi obyektlərdən biri də Berlin aeroportudur.
Ukraynada müharibə başlayandan sonra Almaniyanın Rusiyadan aldığı xam neftin xüsusi çəkisi 35 faizdən 12 faizə düşüb.
Berlin alternativ xammal təchizatçılarının adını açıqlamır.
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?