Dünya

Bloomberg: Rusiyanın "Mir" ödəniş sistemi iflasa uğrayıb

23 Noyabr, 2022
276

Açıq mənbələrdən götürülüb

Mir ödəniş sistemi

"Mir" ödəniş sisteminin fəaliyyət göstərdiyi doqquz ölkədən altısının xidmətdən imtina etməsi Rusiyanın iqtisadi sanksiyalar qarşısında "Visa" və "Mastercard"-a öz alternativini yaratmaq istəyinin “iflasa uğraması” kimi xarakterizə oluna bilər. 

Bu barədə "Bloomberg" yazır. 

Nəşr qeyd edir ki, “Mir” ödəniş sisteminin fəaliyyət göstərdiyi doqquz ölkədən altısı məhz ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün sistemi dəstəkləməkdən imtina ediblər. Bu da Rusiyanın maliyyə izolyasiyasını yarmaq cəhdlərini heçə endirib. 

https://toplum.tv/siyaset/putin-bir-hefte-erzinde-eliyeve-iki-defe-zeng-edib

Agentliyin analitikləri bildirirlər ki, Rusiya Mərkəzi Bankı hətta “dost” ölkələrin belə “Mir”dən istifadə etməkdən imtinasından təəccüblənib. Ona görə də Mərkəzi Bank bu sistemə alternativ axtarmağa başlayıb. 

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ötən il bildirmişdi ki, Rusiya Azərbaycanla “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar aparılır. Amma indiyədək Azərbaycanda bu sistem işə salınmayıb və yerli ekspertlərin fikrincə, yaxın gələcəkdə salınması ehtimalı da yoxdur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo